10 C
Baku
Saturday, November 16, 2024

Mühasib – Winter Park Hotel Baku

0
Mühasib – Winter Park Hotel Baku
Bakı
01.05.2020

Mühasib

İş barədə məlumat

– Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
– Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət, Əmlak, Torpaq) hazırlanması və təqdim edilməsi
– DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
– Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
– Məşğulluq idarəsinə hesabatların hazırlanması və təqdim edilməsi
– Əmək haqqının hesablanması
– Bank, Kassa, Satış, Əmək haqqı sənədlərinin 1C 8.3 proqramına daxil edilməsi
– E-Qaimə Fakturanın tərtib olunması və göndərilməsi
– İş qrafiki: 1-5-ci günlər, 09:00-dan 18:00-dək, 6cı gün 09:00-dan 15:00-dək.
– İstirahət günləri bazar günü

Namizədə tələblər

– Ali təhsil ( Qeyd olunan sahə üzrə İxtisas)
– Azərbaycan dilində mükəmməl danışıq bacarığı, Rus və İngilis dillərində danışıq arzuolunandır.
– Office və mühasibatlıq proqramları ilə işləmə bacarığı (MS Word, Excel, 1C 8.3 platformasında təcrübə mütləqdir)
– Mühasibat sahəsində ən az 3 il iş təcrübəsi
– Kollektiv ilə işləmə bacarığı
– Əmək haqqı 1300-1500 AZN

Xahiş edirik, mövzu hissəsində “Mühasib” yazaraq, öz CV-lərinizi Azərbaycan dilində (foto ilə) [email protected] ünvanına göndərəsiniz.
Yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşin aid olduğu sahə

KateqoriyaMühasib