9 C
Baku
Thursday, December 12, 2024

Mühasib – Xınalı Otel

0
Mühasib – Xınalı Otel
09.04.2024

Vəzifə öhdəlikləri:

  • Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etməlidir;
  • Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
  • Balans, avans hesabatının aparılmasını təmin etmək;
  • Hesab və elektron qaimə-fakturaların işlənməsi;
  • Daxili mühasibatlıq sistemində köçürmələri reallaşdırmaq
  • Gündəlik hesabları üzrə qalıq hesabatı;
  • Mal/Xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması;
  • Vaxtlı-vaxtında və lazımi qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasının təmin olunması;
  • Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasını təmin edilmesi;
  • Əmək haqqına dair hesablamaların aparılması və hesabatların tərtib edilməsi;
  • Şöbəsinə aid iş bölgüsünun aparılması,tapşırıqların verilməsi və icrasına nəzarət
  • Mal-material qiymətlilərin inventarizasiyasında iştirak edir və onlar üzrə müvafiq aktları rəsmiləşdirir;
  • Vəzifəsi ilə əlaqədar məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
  • İş prosesində məlumatların məxfiliyinin saxlanılması;
  • Öhdəsinə düşən digər əmək funksiyalarının yerinə yetirilməsi

Namizədə tələblər:

  • Ali ixtisas (iqtisad – maliyyə,mühasibat uçotu) təhsilli;
  • Maliyyə-mühasibat işi üzrə 3 ildən az olmayan iş stajı olmalı; (Restoran və ya otel sahəsində iş təcrübəsi üstünlük sayılır
  • Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması
  • Azərbaycan Respublikası NK-nın Mühasibat Uçotu sahəsinə aid olan qərar və fərmanları bilməli və mütəmadi izləməli;
  • Vergi hesabatlarının ( ƏDV, ÖMV, Mənfəət) hazırlanmasını bilməli.
  • Kompüter bilikləri üzrə MS Office (xüsusilə Excel), mühasibatlıq proqramını, Outlook və işgüzar yazışma əsaslarını bilməli;
  • İdarəçilik, təşkilatçılıq, təqdim etmə və analtik düşüncə bacarıqlarına malik olmalı;
  • Korporativ idarəetmə sisteminin əsaslarını və korporativ mədəniyyətin əsaslarını bilməli;
  • Peşəkar ünsiyyət psixologiyasını bilməlidir.
  • Elektraweb proqramında işləməyi bacarmalıdır

İş şərtləri:

  • Həftə içi 6 gün
  • İstirahət günü – bazar günləri
  • Əmək haqqı razılaşma əsasında
  • Azərbaycan Respublikası qanunvericiliyinə uyğun sənədləşmə;
  • Nahar şirkət tərəfindən təmin edilir.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi e-mail adresinə göndərməyiniz xahiş olunur. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib