7 C
Baku
Thursday, December 12, 2024

Mühasibat uçotu üzrə Aparıcı mütəxəssis – Modern Finance

0
Mühasibat uçotu üzrə Aparıcı mütəxəssis – Modern Finance
Bakı
28.02.2022

Yer:  Bakı

Həftədə 5 iş günü

Əmək haqqı:  Müsahibə əsasında müəyyən olunacaq.

Əsas iş öhdəlikləri:

  • Gündəlik əməliyyatların və uçot yazılışlarının mühasibat uçotu proqramına daxil edilməsi və ya daxil edilməsinə nəzarət;
  • Aylıq, rüblük və illik olan vergi, DSMF, Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Bank və nağd ödənişləri icra etmək və düzgün sənədləşdirilməsini təşkil etmək;
  • Kadrlarla bağlı sənədləşdirilmələrin aparılması;
  • Vergi sistemində elektron qaimələrin hazırlanması və şirkətlərin elektron vergi kabinetlərinə nəzarət olunması;
  • Aylıq əmək haqlarının, məzuniyyətlərin və işçilərə olan digər ödənişlərin hesablanması;
  • Maliyyə hesabatlarının hazırlanması;
  • Rəhbərlik tərəfindən verilən sair iş təlimatlarının icra edilməsi.

Əsas bilik və bacarıqlar:

  • Mühasibat uçotu, vergi və ya maliyyə sahəsində ali təhsil;
  • Mühasibat uçotu və maliyyə sahəsində minimum 2 il iş tərcübəsi;
  • Azərbaycan Respublikası Vergi Məcəlləsi üzrə yetərli biliklərin olması;
  • Bütün vergi və digər dövlət qurumları üzrə verilən hesabatların hazırlanmasında təcrübənin olması;
  • MS Office proqramları üzrə bacarıqların olması (Xüsusilə Excel);
  • Azərbaycan və ingilis dillərini sərbəst bilmək (Rus dilini bilmək arzuolunandır);
  • 1C mühasibat proqramı üzrə təcrübənin olması arzuolunandır;
  • Mühasibat uçotu üzrə beynəlxalq sertifikat imtahanlarında (ACCA, CİMA və s.) nəticələrin olması arzuolunandır;
  • Mühasibat uçotu siyasəti və prosedurları barədə biliklərin olması;
  • Yaxşı ünsiyyət, problem həll etmə və hesabatlılıq bacarıqlarının olması.

Zəhmət olmasa, tərcüməyi-halı (CV)  Mühasibat uçotu üzrə Aparıcı mütəxəssis” başlığı ilə aşağıda qeyd olunan e-mail adresinə göndərin.

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, Mühasibatlıq və Maliyyə