33 C
Baku
Saturday, July 20, 2024

Mühasibatlıq şöbəsinə kiçik mütəxəssis/mütəxəssis – Xalq Həyat Sığorta Şirkəti ASC

0
Mühasibatlıq şöbəsinə kiçik mütəxəssis/mütəxəssis – Xalq Həyat Sığorta Şirkəti ASC
03.03.2020

“Xalq Həyat” Sığorta Şirkəti ASC

Vəzifə: Mühasibatlıq şöbəsinə kiçik mütəxəssis/mütəxəssis

İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri, İnşaatçılar pr.,22 L.

Öhdəliklər

• Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
• Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabatlarında əks etdirilməsi;
• Müştərilər tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi;
• Bank, kassa əməliyyatlarının uçotu;
• Borcların ödənilməsinə dair hesabatların hazırlanması;
• Mədaxil – məxaric orderlərinin aparılması;
• İşçilərin əmək haqlarının normativ sənədlər əsasında ödənilməsini təmin edmək;
• Rəhbərlik tərəfindən verilən əlavə xidməti tapşırıqların yerinə yetirilməsi.

Tələblər

• İqtisadiyyat, maliyyə və bənzər sahələr üzrə ali magistr təhsili
• Əlaqəli sahədə minimum 2 il iş təcrübəsi
• Azərbaycan dili sərbəst, rus dilində yaxşı səviyyədə danışıq qabiliyyəti
• Mükəmməl Excell, Word, Outlook bilikləri

Fərdi keyfiyyət tələbləri:

Yüksək analitik düşünmə qabiliyyəti, məsuliyyətlilik və icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönlülük, nəticəyə meyillilik bacarığı, məlumat toplamaq və təhlil etmək bacarığı, danışıqlar aparmaq, dinləmə, məlumatın düzgün ötürülmə bacarıqları, yazı qabiliyyəti, konfliktlərin və stressin idarə edilməsi, etibarlılıq və şirkətə sədaqətlilik, komanda ilə işləmək bacarığı, özünütəkmilləşdirmə bacarığı, təşəbbüskarlıq və yenilikçilik bacarığı.

CV-lərinizi, mövzu hissəsində “Mühasibatlıq şöbəsinə kiçik mütəxəssis/mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaSığorta