Bakı
12.01.2024
Tələb olunan bilik və bacarıqlar:
- 1C 8.3 proqramı ilə yüksək səviyyədə işləmə bacarığı;
- IFRS üzrə beynəlxalq sertifikat;
- Vergi Məcəlləsini və mühasibat uçotunun təşkili üzrə müvafiq qanunvericilikləri bilməli.
- Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər (Excel-mükəmməl səviyyədə);
- Dil bilikləri- azərbaycan dili-əla; Rus və ingilis dilləri arzuolunandır.
Namizədə dair gözləntilər:
- Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi (Bank və sığorta sahəsi üzrə arzuolunandır);
- Məsuliyyətli və işində dəqiq;
- Komandada işləmək bacarığı;
- Planlaşdırma və vaxtın düzgün istifadə edilməsi bacarıqları;
- İşgüzarlıq, təşəbbüskarlıq.
Vəzifə öhdəlikləri:
- Torpaq, tikili və avadanlıqların, həmçinin qeyri-maddi aktivlərin uçotunu aparmaq;
- Debitor və kreditor borcların uçotunu aparmaq;
- Gəlir və xərclərin uçotunu aparmaq;
- Əməyin ödənilməsi üzrə əməliyyatların uçotunu aparmaq;
- Vergi məcəlləsi üzrə gəlir və xərclərin uçotunu aparmaq;
- Maliyyə hesabatlarının tərtib edilməsində iştirak etmək;
- Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılmasını təmin etmək;
- Aylıq əmək haqlarından gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsini təmin etmək;
- Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab, ezamiyyə ödənişlərinin hesablanması və ödənilməsini təmin etmək;
- Vahid vergi bəyannaməsinin hazırlanması və təqdim olunmasını təmin etmək;
- Elektron qaimə-fakturaların tərtib edilməsi və göndərilməsinə nəzarət etmək;
- Müştərilərlə üzləşmələrin həyata keçirilməsi və müvafiq aktların bağlanmasını təşkil etmək.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri;
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Mühasibatlıq şöbəsinin baş mütəxəssisi) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Mühasib, Sığorta |