13 C
Baku
Friday, November 15, 2024

Mühasibatlıq şöbəsinin kiçik mütəxəssis – mühasibi – PASHA Life

0
Mühasibatlıq şöbəsinin kiçik mütəxəssis – mühasibi – PASHA Life
Bakı
16.12.2020

Struktur bölmə: Maliyyə departamenti,Mühasibatlıq şöbəsi
Vəzifə: Mühasibatlıq şöbəsinin kiçik mütəxəssis – mühasibi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 20 dekabr 2020

Vəzifə Öhdəlikləri:

1. Müxtəlif sığorta növləri üzrə sığorta haqlarının mühasibatlıq sistemində düzgün əks olunmasını təmin etmək;
2. Ödəniş tapşırıqları və digər ödəniş sənədlərinin hazırlanması;
3. Müxtəlif şöbələr, banklar və digər şirkətlər tərəfindən gələn sorğuları araşdırmaq və cavablandırmaq;
4. Banklarda olan cari, depozit, kart hesablarının çıxarışlarını toplamaq və məlumatları mühasibatlıq proqramına daxil etmək;
5. Bank çıxarışlarını və alt sənədlərini toplamaq;
6. Sənədlərin düzgün arxivləşdirilməsinə məsul olmaq;
7. Məzənnə fərqlərini hesablamaq və mühasibatlıq sistemində əks etdirmək;
8. Əsassız ödənişlər və debitorların siyahısının düzgünlüyünü nəzarətdə saxlamaq;
9. Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirmək.

Namizədə olan tələblər:

– İş təcrübəsi: Maliyyə sahəsi üzrə ən azı 6 ay iş təcrübəsi tələb olunur.
– Təhsili/ixtisası: Maliyyə, mühasibatlıq və İqtisadiyyat ixtisasları üzrə bakalavr dərəcəsi
– Dil bilikləri: Azərbaycan dili: əla , Rus dili: orta , İngilis dili: orta .
– Üstünlüklər: Bank və ya Sığorta şirkətlərində maliyyə sahəsində iş təcrübəsi, Maliyyə sahəsində beynəlxalq sertifikasiyanın bəzi mərhələlərindən nəticə.
– Kompüter bilikləri: MS Office: orta
– Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, problem həlletmə

İmtiyazlar

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək “Mühasibatlıq şöbəsinin kiçik mütəxəssis – mühasibi” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaMühasib, Sığorta