Bakı
06.01.2023
Vakansiyanın təsviri
- Maliyyə hesabatlarının tərtib edilməsinə dəstəyin göstərilməsi;
- İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması və ödənilməsi;
- Ezamiyyə ilə bağlı ödənişlərin həyata keçirilməsi;
- Əmək haqqının hesablanması və ödənilməsi üzrə müxabirləşmələrin yazılması;
- Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
- DSMF tərəfindən ödənilən müavinətlərin dövlət elektron sistemində işlənməsi;
- Muzdlu və qeyri-muzdlu işlə əlaqədar vahid bəyənnamənin hazırlanması;
- Müvafiq dövlət qurumlarından əmək haqqı ilə bağlı təqdim edilmiş hesabatlarla əlaqədar məktubların cavablandırılması;
- İşçilər üçün bank kartlarının sifarişi;
- Əmək haqqı üzrə statistika hesabatlarının hazırlanması;
- Təşkilatın auditi zamanı əmək haqqı və digər müvafiq sənədlərin təqdim edilməsi və yaranmış sualların cavablandırılması.
- Vakansiyaya son müraciət tarixi16.01.2023-cü il;
Xüsusi tələblər
- Ali təhsil (iqtisadiyyat, maliyyə və ya mühasibat uçotu üzrə);
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- İri həcmli məlumatlarla işləmək bacarığı;
- Excel proqramı üzrə mükəmməl səviyyədə biliklərin olması;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi, Vergi Məcəlləsi və əmək haqqı ilə bağlı digər normativ hüquqi aktları üzrə biliklərinin olması;
- Xarici dil bilikləri: İngilis dili (orta səviyyə);
- Yüksək analitik təhlil, ünsiyyət, çeviklik, komandada işləmə bacarıqları.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Mühasibatlıq və Maliyyə, Sığorta |