14 C
Baku
Saturday, November 16, 2024

Müqavilə üzrə Hüquqşünas – Kristal Abşeron MTK

0
Müqavilə üzrə Hüquqşünas – Kristal Abşeron MTK
Bakı
22.07.2020

Müqavilə üzrə Hüquqşünas

Şirkət: “Kristal Abşeron” MTK

Əmək haqqı: Razılaşma yolu ilə

Tələblər

– Hüquq sahəsində ali təhsil
– Səlis Azərbaycan, ingilis və rus dili bilikləri
– MS office proqramları
– Hüquq və ya Hüquqla əlaqəli sahə üzrə 3 il iş təcrübəsi
– Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
– Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq

Vəzifələr

– Sazişlər, müqavilələr, düzəlişlər, dəyişikliklər, köməkçi müqavilələr və hüquqi gücə malik digər sənədlərin hazırlanması, o cümlədən verilən tapşırıqlara müvafiq olaraq hüquqi məsələlərlə bağlı danışıqlarda iştirak etmək;
– Podratçılar qarşısında (o cümlədən müvafiq razılaşmalarda və müxtəlif sənədlərin tərtib edilməsində) Şirkətin hüquqlarının və maraqlarının qorunması;
– Şirkət tərəfindən tətbiq olunması planlaşdırılan yeni layihələrin qanunvericiliyə uyğunluğunu araşdırmaq, bu barədə rəhbərliyin suallarını cavablandırmaq və aidiyyatı struktur bölmələri birbaşa məlumatlandırmaq;
– Müqavilə sənədlərinin icrası və qüvvədən düşməsi üçün tələb olunan sənədlərin hazırlanması və nəzarət;
– Müqavilə sənədlərinin və digər sənədlərin icrası ilə əlaqədar Şirkətin işçilərinə məsləhət və tövsiyələrin verilməsi
– Mövcud qanunvericiliyin tələbləri və mümkün hüquqi risklər baxımından sənədlərə hüquqi nəzarətin həyata keçirilməsi
– Müqavilə sənədlərindən irəli gələn öhdəliklərin yerinə yetirilməsinə nəzarət
– Şirkətin imzaladığı müqavilələrdən irəli gələn və onlarla əlaqəli hüquqi qərarların hazırlanması və verilməsi
– Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
– Əməkdaşlıq müqavilələrini, o cümlədən, yeni layihələr üzrə yeni müqavilə nümunələrinin hazırlanması;
– Hüquqi şəxslərlə, o cümlədən, aidiyyyatı şəxslərlə aparılan əməliyyatları, habelə, öhdəliklərin ötürülməsi və digər əqdlərin qanunverilciliyə uyğunluğunu araşdırmaq və rəy vermək;
– Şirkətdaxili təlimat, qayda və prosedurlarının, əsasnamələrin hazırlanması, ekspertizasının həyata keçirilməsində və müvafiq təkliflərin hazırlanmasında iştirak etmək;
– Vəzifələrin icrası ilə bağlı, Şirkətə daxil olan bütün sorğuların cavablandırılmasını təmin etmək məqsədi ilə müvafiq cavabların hazırlanması;
– Şirkətin daxil olduğu qrupun bütün Şirkətlərinə hüquqi yardım göstərərək mövcud olan hüquqi problemləri yerində araşdırmaq və işçiləri təlimatlandırmaq;
– Şirkətin qəbul etdiyi qərarlardan irəli gələn vəzifələri, əmr, sərəncam və göstərişlərin tələblərini yerinə yetirmək;
– Şirkətin ümumi fəaliyyətində risklərin idarə edilməsini təmin etmək;

İş şəraiti

– İş qrafiki: 6 gün, 09:00-dan 18:00-dək

Əlaqələndirici şəxs: Samir Hacıyev
Elektron ünvan: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaHüquq