13 C
Baku
Thursday, November 14, 2024

Müqavilələr üzrə aparıcı mütəxəssis – SOCAR

0
Müqavilələr üzrə aparıcı mütəxəssis – SOCAR
02.03.2022

Xətti rəhbər: Müqavilələr üzrə Menecer

Müqavilə növü: Müddətsiz əmək müqaviləsi.

Vəzifə öhdəlikləri:

  • Müqavilələr şöbəsinə aid olan istənilən sənədin (müqavilə, məktub, dəyişiklik, aktlar və s.) layihəsinin hazırlanması, razılaşdırılması və qeydiyyat sisteminin aparılması;
  • İmzalanmış müqavilələrin planlaşdırılması, icrası və idarə edilməsi (Müqavilə üzrə öhdəliklərin vaxtında və müqavilənin şərtlərinə uyğun icrası, Müqaviləyə əlavə və dəyişikliklərin icrası, Podratçılarla müvafiq koordinasiya və əlaqələndirmə işləri və s.);
  • Müqavilələr üzrə işlərin bütün icra mərhələlərini əhatə edən idarəetmənin təşkili (icra, hesabatların təqdim edilməsi, xərclərə nəzarət, hesab fakturaların təqdim edilməsi, müqavilələrin yekunlaşdırılması, və s.);
  • Potensial podratçılarla müqavilə və kommersiya şərtləri ilə bağlı danışıqların aparılması;
  • İddiaların qarşısının alınması/idarə edilməsi və iddiaların qarşısının alınması prosesində iştirak;
  • Dəyişiklik və iddialarla bağlı məsələlərin qiymətləndirilməsi və Müqavilələr şöbəsinin rəhbərliyinə müqavilə/kommersiya təkliflərinin təsdiq və ya rədd edilməsi barədə tövsiyələrin verilməsi;
  • Müqavilələrin icrası və tətbiqi ilə bağlı müxtəlif prosedura, strategiya və metodologiyaların (işlərin icrasına nəzarət, müqavilələrin diarə edilməsi, təchizat, sənədlərin idarəedilməsi və s.) işlənib hazırlanmasında iştirak.
  • Bütün müqavilələrin icrasının monitorinqi və bütün müqavilələrin uğural icrasının tamamlanması məqsədilə Zavod komandaları ilə əməkdaşlıq etməklə lazımı dəyişikliklərin icrası.
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıq və göstərişlərin icra edilməsi;

Tələblər:

Davranış:

  • Kommunikasiya qabiliyyətlərinin olması (aydın və səlist nitq və yazı qabiliyyəti);
  • Təfərrüatlara diqqət yetirən və yüksək təşkilatçılıq qabiliyyəti;
  • Eyni zamanda bir neçə tapşırıq arasında prioritetlərin müəyyən edilməsi və təyin edilməsi qabiliyyətinin olması;
  • Təyin olunmuş son icra tarixlərinə işi çatdırmaq üçün təzyiq altında işləmə qabiliyyəti;
  • Müstəqil və komanda şəraitində işləmə qabiliyyəti;
  • Bütün tapşırıqların icrası zamanı keyfiyyət və etibarlılığa yönəlmiş iş qabiliyyətinin sərgilənməsi;
  • Vəziyyətləri təhlil etmək, problemləri müəyyənləşdirmək və həll yollarını tövsiyə etmək bacarığı;
  • Lazım olduqda mürəkkəb danışıqlara rəhbərlik etmək;

Funksional:

  • Yüksək səviyyədə kompüter bilikləri (məsələn, Microsoft Word, Excel və PowerPoint);
  • Dəyişikliklərin və iddiaların idarə edilməsi sahəsində təcrübə üstünlükdür;
  • Xüsusi layihələrdə layihələrin idarəedilməsi sahəsində təcrübə üstünlükdür;
  • Həcmli və küllü miqdarda müqavilələrin idarəedilməsində təcrübə;

Təhsil və Təcrübə:

  • Bundan əvvəl oxşar sahədə ən azı 5 il iş təcrübəsi;
  • Tikinti və Təchizat tipli müqavilələrin idarə edilməsi sahəsində təcrübə üstünlükdür;
  • Neft-qaz sahəsində təcrübə üstünlükdür;
  • İngilis və Azərbaycan dillərini mükəmməl bilməsi tələb olunur (Rus dilini bilməsi üstünlükdür);
  • Universitet Diplomu (Hüquq, İqtisadiyyat, Marketinq, Biznesin idarəedilməsi, Beynəlxalq Münasibətlər və/ və ya digər oxşar sahələr üzrə Ali təhsil (bakalavr));

Müraciət forması:

CV-nizi mövzu hissəsində vəzifə adı göstərilməklə e-mail ünvanına göndərməyiniz xahiş olunur.

Elan üzrə müraciətçilərin hər biri dəyərləndiriləcək və eyni imkanlar veriləcəkdir.

Müraciət üçün son tarix. 11.03.2022

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər