11 C
Baku
Saturday, November 16, 2024

Müqavilələr üzrə mütəxəssis – Alyans Tekstil

0
Müqavilələr üzrə mütəxəssis – Alyans Tekstil
Bakı
01.07.2020

Alyans Tekstil” MMC-də Müqavilələr üzrə mütəxəssis vəzifəsinə vakansiya elan olunur.

İşin təsviri:

– Müəssisəyə daxil olan və çıxan sənədlərin qəbulu, qeydiyyatı və aidiyyəti şəxslərə, şöbələrə çatdırılması;
– Müqavilələrin hazırlanması və ekspertizasını həyata keçirmək;
– Proseslərə uyğun olaraq mövcud müqavilələrə əlavə və dəyişikliklər hazırlamaq;
– Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy vermək;
– Kənar təşkilatlara və müəssisələrə göndərilən məktubları tərtib etmək;
– Şirkətdaxili sənəd dövriyyəsini həyata keçirmək;
– Rəhbərliyin digər uyğun tapşırıqlarını icra etmək.

Namizədə olan tələblər:

– Ali təhsil (Hüquqşünaslıq ixtisası üzrə);
– Müqavilələrin tərtibi üzrə minimum 1 il iş təcrubəsi;
– MS Office proqramlarını bilməli;
– Azərbaycan, rus və ingilis dilləri – əla səviyyədə;
– Dəqiqlik, detallara diqqət, məsuliyyətlilik;
– Kollektivlə işləmə bacarığı.

İş şərtləri:

İş yeri: Sumqayıt şəhəri
İş rejimi: 5 günlük 08:30-17:30
Əmək haqqı: müsahibə əsasında müəyyən olunacaq.
Nahar və nəqliyyat şirkət tərəfindən təmin olunur.

Uyğun namizədlərin öz CV-lərini mövzu hissəsinə “Müqavilələr üzrə mütəxəssis” yazmaqla [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər