-1 C
Baku
Sunday, December 15, 2024

Müqavilələr üzrə mütəxəssis – Sea Breeze Resort & Residences

0
Müqavilələr üzrə mütəxəssis – Sea Breeze Resort & Residences
Bakı
24.04.2024

Vakansiyanın təsviri

• Müqavilə danışıqlarının aparılması;
• Müqaviləyə əlavələrin hazırlanması;
• Müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlayır, şirkət adından bağlanılan müqavilələrin hüquqi cəhətdən düzgün tərtib edilməsini və icra olunacaq işin predmetinə uyğunlaşdırılmasını təmin edir;
• Müqavilələrin razılaşdırılmış şərtlər çərçivəsində icrasına nəzarət edir;
• Bağlanmış müqavilələrin düzgün icra olunmasında şirkətin aidiyyəti strukturlarına hüquqi yardım göstərir;
• Müqavilənin icrası zamanı yaranmış problemlərin analizi və müvafiq tədbirlərin görülməsi;
• Təklifləri təhlil edir və müştərilər, təchizatçılar və işçilərlə məcburi hüquqi şərtlərin müqavilə şərtləri ilə və şirkətin siyasətinə uyğunluğunu təmin edir;
• Müqavilə yazışmalarının aparılması, mübahisəli məsələlərə baxılması;
• Müqavilələrin reyesterinin aparılması,reyestr sistemini mütəmadi olaraq yoxlamaq və yeniləmək;
• Müqavilələrin elektron qeydiyyatını və arxivini təşkil etmək;
• Şirkət daxili sənəd dövriyyəsinin həyata keçirilməsi;
• Kənar təşkilatlara və müəssisələrə göndərilən məktubların tərtib edilməsi.

Xüsusi tələblər

• Humanitar (hüquq, iqtisadiyyat, biznesin idarə olunması) sahələrdə ali təhsil;
Hüquq bilikləri olanlara üstünlük verilir;
• Müqavilə hüququ üzrə biliklər və işləmə təcrübəsi ən azı 1 il;
• Satış və Bron tipli müqavilələrin idarə edilməsi sahəsində təcrübə üstünlükdür;
• Müqavilələrin icrası zamanı yarana biləcək riskləri öncədən dəyərləndirmək bacarığı;
• Yüksək analitik və peşəkar ünsiyyət, həmçinin danışıqların aparılma bacarıqları;
• Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları;
• Azərbaycan dili və rus dili yüksək səviyyədə olmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu yerində “ Müqavilələr üzrə mütəxəssis” yazmaqla elektron ünvanına göndərə bilərlər.

Müraciət etmək üçün: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər