Müştəri Təcrübəsi üzrə Baş Mütəxəssis – Nikoil Bank

    0

    Posted 1 ay ago

    Müştəri Təcrübəsi üzrə Baş Mütəxəssis

    Vəzifələr


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.

    • Bank müştəriləri arasında müxtəlif sorğuların keçirilməsi 
    • Sorğuların nəticələrinə əsasən həftəlik və aylıq hesabatların tərtib olunması 
    • Müştəri ilə bütün təmas nöqtələrinin monitorinqi və müştəri yol xəritələrinin (Customer Journey Map) tərtib olunması  
    • Müştəri təcrübəsinə təsir edən daxili proseslərin monitorinqi
    • Müştəri təcrübəsinin monitorinqi məqsədi ilə filiallara və digər satış nöqtələrinin ziyarəti 
    • Müştərilər tərəfindən daxil olan şikayət və təkliflərinin statusunun monitorinqi
    • Pozitiv müştəri təcrübəsinin təmin edilməsi üçün təkliflərin toplanması, təhlili və yeni təkliflərin irəli sürülməsi 
    • Aparılan monitorinq, müsahibə və sorğuların əsasında iş planının  işlənib hazırlanması

    Tələblər 

    • Ali təhsil
    • Marketinq/müştəri xidmətləri sahəsində iki ilə qədər iş təcrübəsi
    • MS Office – in təcrübəli istifadəçisi
    • Azərbaycan və rus dillərində ünsiyyət qurmaq bacarığı, ingilis dili biliyi üstünlük hesab ediləcəkdir
    • Dinləmək və kommunikasiya qurmaq bacarığı
    • Son nəticə və  problemlərin həllinə istiqamətlilik 
    • Komandada işləmək və dəyişikliklərə tez uyğunlaşmaq bacarığı
    • Analitik qabiliyyətlər və planlaşdırma bacarığı
    • Tez öyrənmə, stressə davamlılıq və gərgin  rejimdə işləmə qabiliyyəti

    Əmək haqqı namizədlə müsahibədən sonra müəyyən ediləcəkdir.

    Xahiş edirik, CV-lərinizi cv@nikoil.az elektron ünvanına məktub mətni sətirində “Müştəri Təcrübəsi üzrə Baş Mütəxəssis” – vakansiyası göstərməklə göndərin.

    Job Features

    Job CategoryKredit işçisi

    Apply Online