3 C
Baku
Tuesday, February 27, 2024

Müştəri xidmətləri üzrə Mütəxəssis – Unibank

0
Müştəri xidmətləri üzrə Mütəxəssis – Unibank
Bakı
05.05.2021

Unibank – Azərbaycanın 1992-ci ildə təsis edilmiş ən iri özəl banklarından biridir. Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Eyni zamanda biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Buna görə də biz cari və gələcək biznes məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın inkişafını mütəmadi olaraq təmin etməyə çalışırıq.

Müştəri xidmətləri üzrə Mütəxəssis

Öhdəliklər:

• Müştərilərin qarşılanması;
• Müştərilərin istəyinə uyğun olaraq onların istiqamətləndirilməsi;
• Bankın məhsulları haqqında müştəriləri məlumatlandırmaq;
• Digər inzibati işlərin görülməsi.

Namizədə tələblər:

• Ali təhsil;
• Azərbaycan və Rus dillərində sərbəst danışıq bacarığı (ingilis dilini bilmək arzu olunandır).
• Rəqəmsal sahə ilə maraqlanmaq;
• Kompüterdən yüksək səviyyədə istifadə etmək bacarığı (Windows, MS Office (Word, Excel) o cümlədən, MS Project, Visio və İnternetdə işləmə bacarığı);
• Stressə davamlılıq;
• Kollektivdə işləmək bacarığı

Göstərilən tələblərə cavab verən namizədlər email-in mövzu hissəsində Müştəri xidmətləri üzrə Mütəxəssis
göstərməklə öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi