Vakansiya haqqında məlumat:
Struktur bölmə: Müştəri xidmətləri və sığorta hadisələrinin tənzimlənməsi departamenti, Müştəri məmnuniyyəti və keyfiyyətə nəzarət şöbəsi
Vəzifə: Müştəri məmnuniyyəti və keyfiyyətə nəzarət şöbəsinin kiçik mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Tələb olunan işçi sayı: 1 (bir)
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 12 sentyabr 2021
Vəzifə Öhdəlikləri:
1. Müştəri məmnuniyyətinin ölçülməsi üçün müxtəlif sorğuların təşkili və nəticələrin analizi
2. Sorğular keçirildikdən sonra təsadüfi seçilmiş müştərilərə geri dönmək, aşağı bal vermə səbəbini öyrənmək və təhlil üçün rəhbərliyə təqdim etmək
3. Şikayətlər üzrə qaynar xətt, mobil telefona daxil olan zənglərin cavablandırılması
4. Şirkətə müxtəlif kanallarla daxil olan şikayətlərin qeydiyyatı və araşdırılması
5. Şikayətlərin tələb olunan vaxt çərçivəsində həll edilməsi və müştəriyə nəticələrin bildirilməsi
6. Daxil olan şikayətlərin təhlili, həlli istiqamətində təkliflərin verilməsi və rəhbərliyə təqdim edilməsi
Namizədə olan tələblər:
İş təcrübəsi: Müştəri məmnuniyyət və keyfiyyət nəzarəti istiqamətində 1 il təcrübə.
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili: əla, İngilis dili: əla, Rus dili: əla
Üstünlüklər: Şikayətlərin həll olunması və müştəri məmnuniyyəti sorğularının keçirilməsində təcrübənin olması arzuolunandır
Kompüter bilikləri: MS Office: əla
Fərdi keyfiyyət: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, təsir göstərmə
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər
*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |