Bakı
30.05.2024
İşin təsviri
Vəzifə öhdəlikləri:
- Müəyyən edilmiş xidmət standartlarına uyğun lazımi sənədləşməni aparmaq;
- Xidmət standartlarının tədbiqi üçün təlim / tədris prosesində iştirak etmək;
- Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətləri və sorğuları qanunverciliyə uyğun olaraq cavablandırmaq;
- Fəaliyyət istiqamətləri üzrə proses və prosedurları vaxtaşırı nəzərdən keçirmək və lazımi hallarda yeniləməsi üçün təkliflər vermək;
- Vətəndaşlarla birbaşa ünsiyyətdə olan digər struktur bölmələri ilə qarşılıqlı fəaliyyət göstərmək;
- Fəaliyyət istiqamətləri üzrə araşdırmalar aparıb dövri hesabatlar hazırlamaq;
- Müştəri məmnuniyyəti göstəricisinin artırılması üçün görüləcək işləri icra etmək.
Namizədə olan tələblər:
- Ali təhsil: istənilən sahə üzrə
- İş stajı: 1 il (beynəlxalq yükdaşımalar sahəsi üzrə olması arzuolunandır)
- Dil biliyi: Rus dili (ingilis dili üstünlükdür)
- Rəqəmsal bacarıqlar: MS office (orta səviyyə)
- Müştəri Xidmətlərinə aid olan normativ, metodik və digər rəhbəredici materiallar;
- Azərbaycan Resplublikasının İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanun;
- Müştəri Xidmətləri işinin təşkili, hesabatların tərtib edilməsi;
- Fərdi məlumatlar haqqında qanun;
- Sənəd dövriyyəsinə dair biliklər;
- Aktiv dinləmə, komanda işi, müştəri yönümlülük, yazılı ünsiyyət bacarığı.
İş qrafiki:
- 5 günlük iş qrafiki
- İş saatı: 09:00-18:00
- Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
- İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı pr-ti 13A
Üstünlüklərimiz:
- Nahar ilə təmin edilmə;
- Könüllü tibbi sığorta;
- Korporativ nömrə və danışıq limiti;
- Korporativ mühit, peşəkar təcrübə qazanma imkanı və karyera yüksəlişi.
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Müştəri xidmətləri şöbəsinin mütəxəssisi” başlığı ilə elektron poçt ünvanına göndərə bilərlər.