29 C
Baku
Wednesday, June 26, 2024

Müştəri xidmətləri şöbəsinin mütəxəssisi – Ateshgah Sigorta

0
Müştəri xidmətləri şöbəsinin mütəxəssisi – Ateshgah Sigorta
Bakı
12.03.2020

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

İŞ PROFİLİ

Müştəri xidmətləri şöbəsinin mütəxəssisi

Namizədə tələblər

• Yaş: 22-35
• Təhsil: Ali
• İş təcrübəsi: bank və ya sığorta sektorunda iş təcrübəsi olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan dili (Əla), Rus dili(Əla ), Ingilis dili (arzuolunadır)
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
• Təmkinli, stressədavamlı, biznes etikaya riayət etmək bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacariğı

Əsas vəzifə öhdəlikləri

• Müştəriləri qəbul etmək və onların sığorta hadisəsinin tənzimlənməsi ilə bağlı suallarını cavablandırmaq
• Müştərilərdən sənədləri qəbul etmək
• Qəbul olunmuş sənədləri texniki, hüquqi və maliyyə ekspertiza etmək
• Sığorta aktlarını və imtina məktublarını tərtib etmək
• Müştərilərə hadisələrinin statusu barədə məlumat vermək;
• Sığorta hadisələrinin tənzimlənməsi ilə bağlı müvafiq sorğular tərtib etmək
• Sığorta dələduzluğuna cəhd hallarının aşkar olunması və qarşısının alınması

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 17:30
• Şirkət tərfindən nahar
• İş günü 5/2: (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı: 400 AZN (Sınag müddəti bitdikdən sonra 500)
• Fəaliyyət nəticələrinin qiymətləndirilməsi əsasən bonus sistemi

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur. Şəkilin olması mütləqdir

• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanlarına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Müştəri xidmətləri şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaSığorta