11 C
Baku
Friday, November 15, 2024

Mütəxəssis – Azərpoçt

0
Mütəxəssis – Azərpoçt
Bakı
02.09.2020

Respublikamızın ən ucqar yaşayış məntəqələrini əhatə edən irimiqyaslı şəbəkəyə və çoxsaylı işçi komandasına malik “Azərpoçt” MMC özünə güvənən, bacarıqlı, məsuliyyətli, potensiallı və karyera qurmaq arzusunda olan gənclərimizi komandamıza qoşulmağa dəvət edir.

Vəzifə

1. Mütəxəssis

Vəzifə öhdəlikləri

– “Azərpoçt” MMC-nin struktur bölmələr tərəfindən risklərin idarə olunması və bu sahə üzrə normativ-hüquqi təminat, maarifləndirmə işinin aparılması üzərində metodiki rəhbərliyin həyata keçirilməsində şöbə müdirinə zəruri köməkliyin göstərilməsi
– “Azərpoçt” MMC-nin struktur bölmələri tərəfindən qanunvericiliyə riayət olunmasının, risklərin idarə olunması, ÇPL/TMM, vergi və bank işi sahəsi və bu sahələr üzrə normativ-hüquqi təminat, maarifləndirmə işinin aparılmasında vəziyyətinin təhlil edilməsi, bu sahədə qanun pozuntularının müəyyən edilməsi, müvafiq təkliflər və təqdimatlar hazırlayıb rəhbərliyə təqdim edilməsi
– “Azərpoçt” MMC-nin daxilində hazırlanan əmr, təlimat, əsasnamələr, standartlar və digər normativ xarakterli sənədlərin layihələrinin risklərin idarə olunması, ÇPL/TMM, vergi və bank işinin aparılması məqsədilə qiymətləndirilməsinin həyata keçirilməsi və zərurət olduqda rəhbərliyin tapşırığı əsasında bu layihələrin hazırlanmasında iştirak etməsi
– “Azərpoçt” MMC-nin daxilində aparılmış əməliyyatlara nəzarət edilməsi, düzəliş olunması və ya ləğv edilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinə dair təqdimatların verilməsi
– İş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi;
– “Azərpoçt” MMC-nin rezident və qeyri-rezident hüquqi və ya fiziki şəxs olan müştərilərin, onların benefisiarlarının, qanuni nümayəndələrinin eyniləşdirilməsi və verifikasiya edilməsinin həyata keçirilməsi
– Şöbəyə daxil olan məktub, xidməti məktub, təqdimat, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxmaq
– Qanunvericiliyə uyğun olaraq digər məsələlərin həllini təmin etmək.

Tələblər:

– Ali iqtisadi təhsil
– Bank/Maliyyə sistemində ən azı 3 il müvafiq təcrübə
– Mülki, əmək, gömrük, inzibati, risklərin idarə olunması, ÇPL/TMM, vergi və bank işi üzrə qanunvericiliyi bilməsi
– Riyazi – məntiqi, statistik bilikləri
– Azərbaycan, Rus və İngilis dilləri sərbəst bilməli
– Microsoft Office proqramlarından istifadə bacarığı
– Risklərin idarə olunması üzrə işlərin yerinə yetirilməsi vərdişləri

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mütəxəssis” qeyd edərək öz CV-lərinizi [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər