Nəqliyyat Vasitələrinin Sığortası Şöbəsinin mütəxəssisi – AtaSığorta ASC

    Bakı
    Posted 2 months ago

    Anderraytinq və Təkrarsığorta Departamentinin Nəqliyyat Vasitələrinin Sığortası Şöbəsinin mütəxəssisi vakansiyası haqqında:

    Şirkət: AtaSığorta ASC
    İş qrafiki: Standart (09:00 – 18:00, 1-5-ci günlər)
    Son müraciət tarixi: 30.11.2020

    Əsas vəzifə öhdəlikləri:

    • Nəqliyyat vasitələrinin sığortası sahəsi üzrə daxil olan sorğuların qiymətləndirilməsi və sığorta təklifinin hazırlanması;
    • Qəbul edilmiş meyarları nəzərə alaraq risklərin təkrarsığortalanması hallarını müəyyən edilməsi;
    • Müştəri tərəfindən qəbul edilmiş sığorta təklifi üzrə sığorta müqaviləsinin hazırlanması;
    • Sığorta müqaviləsi üzrə sənədlərin tamlığının yoxlanılması;
    • Sığorta müqaviləsinin sığortalı tərəfindən imzalanmış nüsxəsinin Cəmiyyətə təqdim edilməsini nəzarətdə saxlaması;
    • Sığorta müqaviləsinin buraxılması üzrə sənədləşdirilmiş informasiyaların daxili normativlərin tələblərinə uyğun mühafizəsinin təmin edilməsi;
    • Şöbə müdirinin digər tapşırıqlarının icra edilməsi.

    Tələb olunan təhsil və iş təcrübəsi:

    • Ali təhsil (iqtisadiyyat, maliyyə, riyaziyyat üzrə təhsilə üstünlük verilir)
    • İş təcrübəsi: 1 ilə qədər

    Tələb olunan bacarıq və səriştəliklər:

    • Azərbaycan dili (İngilis və Rus dili üstünlükdür)
    • Microsoft Office proqramlarının peşəkar istifadəçisi
    • Kollektivdə sağlam ünsiyyət qurmaq bacarığı
    • Məsuliyyətli, sərbəst və komanda ilə işləmək bacarığı

    Müraciət etmək üçün: Başlıqda “Nəqliyyat Vasitələrinin Sığortası Şöbəsinin mütəxəssisi” qeyd olunmaqla CV-nizi [email protected] elektron ünvanına göndərməyinizi xahiş edirik.

    Job Features

    Job CategorySığorta

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.