Vəzifə: Nəqliyyat İstismarı Departamentinin müdiri.
İş yeri: Bakı şəhəri.
İş təcrübəsi: Müvafiq sahə üzrə 5 il.
Təhsil: Ali təhsil.
İşin Təsviri: İstismar Departamenti daxilində bütün fəaliyyət və funksiyaları idarə etmək.
Vəzifə öhdəlikləri:
– Avtomaşınların istismarı zamanı yaranan maneələrin(DYP,BNA,Nəqliyyat departamenti) aradan qaldırılmasında fəal iştirak etmək;
– Bakıda və rayonlarda olan bütün nəqliyyat vasitələrinə zəruri olan (Sığorta,texniki baxış və reklam) sənədlərinin alınmasını Təhcizat şöbəsinə sifariş verilməsini təmin etmək;
– Sifarişlərə uyğun avtomaşınların tipinin( həcm, tonnaj) müəyyən edilməsini təşkil etmək;
– Müqavilə bağlanılan şirkətlərlə avtomaşınların icarə haqqının təyin olunmasını müəyyən edilməsi ilə bağlı təkliflər vermək;
– Nəqliyyat vasitəsinə zəruri olan (yanğın söndürən ,tibb çantası və.s ) avadanlıq və əşyaların daima saz və yeni vəziyyətdə olmasını təmin etmək;
– İstismar sahəsində çalışan əməkdaşların maarifləndirilməsi üçün (Nəqliyyatın daha səmərəli idarə edilməsi haqqında ) təlim və tədrislər təşkil etmək.
Tələblər:
– Nəqliyyat üzrə (logistika, ticari daşımaçılıq) rəhbər vəzifələrdə ən azı 5 il iş təcrübəsi;
– Ölkədaxili və ölkəxarici logistika, distribusiya və təchizat sahələrinin mövcud vəziyyəti barədə məlumatlılıq;
– Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti;
– Liderlik qabiliyyəti;
– Rus və ingilis dili biliyi;
– MS Office proqramları biliyi.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Təminatlar:
– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə;
– Endirimli tibb xidməti;
– 6 günlük iş qrafiki.
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Nəqliyyat İstismarı Departamentinin müdiri” yazıb CV göndərməklə müraciət edilir.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |