12 C
Baku
Wednesday, December 11, 2024

Nəqliyyat strategiyası departamentinə mütəxəssis – Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi

0
Nəqliyyat strategiyası departamentinə mütəxəssis – Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
Bakı
23.10.2023

Vakansiyanın təsviri

  • Şəhər nəqliyyatı üzrə strategiya sənədlərinin hazırlanmasında iştirak;
  • Sərnişindaşıma (marşrut şəbəkəsi, gediş haqqı siyasəti, maliyyələşmə, intermodal və multimodal inteqrasiya) səhəsində inkişafyönümlü planların və təkliflərin üzərində kоmanda daxilində işin həyata keçirilməsi;
  • Piyada hərəkəti, velosiped, mikromobillik vasitələrinin inkişafı üzrə planların və təkliflərin hazırlanması;
  • Şəhər mobilliyinin və səyahət tələbinin idarəedilməsi sahəsində planların və təkliflərin hazırlanması;
  • Təhlillər, təqdimatlar, arayışlar hazırlanması, operativ xarakterli tapşırıqları yerinə yetirilməsi;
  • Aidiyyəti məsələlər üzrə keçirilən seminarlarda, konfranslarda, həmçinin AYNA-nın üzv olduğu işçi qrupların və komissiyaların işində iştirak edilməsi;
  • Avtobus marşrut şəbəkəsində islahatların aparılması üçün yanaşmaların və prinsiplərin müəyyən edilməsi üçün təkliflərin hazırlanması;
  • İnteqrasiya edilmiş nəqliyyat sistemi, multimodallıq və intermodallıq sahəsində təhlillərin aparılması və təkliflərin hazırlanması;
  • Tarif/gediş haqqı sisteminə konseptual yanaşmanın formalaşdırılması məqsədilə təkliflərin hazırlanması;
  • Velosiped/mikromobillik həlləri ilə bağlı təkliflərin hazırlanması;
  • Piyada infrastrukturu/zonalarnın inkişafı ilə bağlı təkliflərin hazırlanması;
  • Küçə dizaynı və küçə sahəsinin ədalətli və optimal bölgüsünə dair strateji yanaşmaların müəyyən edilməsi ilə bağlı təkliflərin hazırlanması;
  • Mobilliyin idarə edilməsi ilə bağlı yeni inkişaf perspektivlərinə dair planların hazırlanması.

Xüsusi tələblər

  • Təhsil: Nəqliyyat, şəhərsalma, iqtisadiyyat və ya texniki elmlər üzrə təhsil.
  • Staj: Strateji planlaşdırma, inkişaf və ya konsaltinq sahəsində 1-5 il təcrübə (vəzifədən aslı olaraq).
  • Xarici dil: İngilis dili (B2), Rus dili (B2).
  • Kompüter bilikləri: Microsoft Office (MS Word, MS Excell, MS Power Point, MS Outlook);
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları