12 C
Baku
Thursday, December 4, 2025

Nəqliyyat təminatı sektorunun müdiri – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu

0
Nəqliyyat təminatı sektorunun müdiri – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Bakı
21.11.2025

Vakansiyanın təsviri

 

  • Nəqliyyat vasitələrinin fəaliyyət istiqamətlərinə uyğun bölgüsü, marşrut planlanması və sürücülərə təlimatların verilməsi;
  • Vasitələrin ərazi daxilində və kənarda hərəkətinin monitorinqi və GPS vasitəsilə izlənməsi;
  • Yol vərəqələrinin tərtibi, uçotu və hesabatlığın təmin edilməsi;
  • Texniki nasazlıqların müəyyən edilməsi, daxili təmir işlərinin təşkili və ciddi nasazlıqlar üzrə servisə yönləndirilməsi;
  • Struktur bölmələrdən daxil olan nəqliyyat tələblərinin qəbulu və operativ təminatı;
  • Yanacaq təminatının təşkili, sərfiyyatın normativlərə uyğun uçotu və optimallaşdırılması;
  • Nəqliyyat anbarının idarə edilməsi, ehtiyat hissələrinin və texniki mayelərin uçotu;
  • Sürücülərin fəaliyyətinə nəzarət, əmək intizamı və təhlükəsizlik qaydalarına riayət olunmasının təmin edilməsi;
  • Aylıq və rüblük hesabatların hazırlanması, texniki baxış, icbari sığorta və digər normativ tələblərin yerinə yetirilməsi.

Xüsusi tələblər

  • Logistika, nəqliyyat mühəndisliyi, avtomobil nəqliyyatı, istehsalatın təşkili, idarəetmə və ya əlaqəli sahələr üzrə ali təhsil;
  • Nəqliyyat təminatı və ya logistika sahəsində minimum 3 il iş təcrübəsi, o cümlədən 1 il rəhbər vəzifədə;
  • Avtonəqliyyat vasitələrinin texniki göstəriciləri və istismar qaydaları üzrə biliklər;
  • Yanacaq və yol vərəqələri üzrə hesabat və uçot aparmaq bacarığı;
  • Excel və rəqəmsal logistik idarəetmə sistemlərində işləmək bacarığı;
  • Planlaşdırma, koordinasiya, komanda idarəetmə və ünsiyyət bacarıqları.
Müraciət etmək üçün[email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər