12 C
Baku
Sunday, November 17, 2024

Nəqliyyat Vasitələrinin Sığortası Şöbəsinin müdiri – AtaSığorta ASC

0
Nəqliyyat Vasitələrinin Sığortası Şöbəsinin müdiri – AtaSığorta ASC
Bakı
18.06.2021

Anderraytinq və Təkrarsığorta Departamentinin Nəqliyyat Vasitələrinin Sığortası Şöbəsinin müdiri:
Şirkət : AtaSığorta ASC
İş qrafiki : Standart (09:00 – 18:00, 1-5-ci günlər)
Son müraciət tarixi: 30.06.2021

Əsas vəzifə öhdəlikləri:

• Nəqliyyat vasitələrinin sığortası sahəsi üzrə daxil olan sorğuların qiymətləndirilməsi və sığorta təklifinin hazırlanması;
• Qəbul edilmiş meyarları nəzərə alaraq risklərin təkrarsığortalanması hallarını müəyyən edilməsi;
• Müştəri tərəfindən qəbul edilmiş sığorta təklifi üzrə sığorta müqaviləsinin hazırlanması;
• Sığorta müqaviləsi üzrə sənədlərin tamlığının yoxlanılması;
• Sığorta müqaviləsinin sığortalı tərəfindən imzalanmış nüsxəsinin Cəmiyyətə təqdim edilməsini nəzarətdə saxlaması.
• Sığorta müqaviləsinin buraxılması üzrə sənədləşdirilmiş informasiyaların daxili normativlərin tələblərinə uyğun mühafizəsinin təmin edilməsi;
• Təkrarsığorta əməliyyatlarının həyata keçirilməsi;
• Departament direktoru tərəfindən bu sahə üzrə verilən digər tapşırıqlarının icra edilməsi.

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsili (iqtisadiyyat, maliyyə, biznes idarəetməsi üzrə təhsilə üstünlük verilir) olmalıdır.
• Sığorta fəaliyyəti barədə Azərbaycan Respublikasının Qanunvericiliyinin tələbləri barədə məlumatlı olmalıdır.

Tələb olunan bacarıq və səriştəliklər:

• Əla səviyyədə Azərbaycan, Rus, İngilis dilləri biliyi
• Microsoft Office proqramlarının peşəkar istifadəçisi
• Sığorta sahəsi üzrə Cİİ, PSS sertifikatların olması üstünlükdür
• Kollektivdə sağlam ünsiyyət qurmaq bacarığı
• Sığorta sahəsində müvafiq fəaliyyət üzrə iş təcrübəsi olanlara üstünlük verilir.
• Analitik düşünmə qabiliyyəti və riyazi hesablama bacarığı
• Əməliyyat proqramında işləmək bacarığı
• Təqdimat etmə bacarığı
• Kiçik qrup komandanı idarə etmək və tapşırıqların həlli istiqamətləri barədə komanda üzvlərinə təkliflər verməyi bacarığı

Müraciət etmək üçün

Başlıqda “Anderraytinq və Təkrarsığorta Departamentinin Nəqliyyat Vasitələrinin Sığortası Şöbəsinin müdiri” qeyd olunmaqla CV-nizi [email protected] ünvanınıza göndərməyinizi xahiş edirik.

İşin aid olduğu sahə

KateqoriyaSığorta