“Ziraat Bank Azərbaycan” ASC Daxili Nəzarət və Komplayens departamentinə Aparıcı mütəxəssis/Mütəxəssis vəzifələrinə işə dəvət edir
Vəzifəyə olan tələblər:
• İqtisadi və ya riyazi kibernetika sahəsində təhsil;
• Analitik qabiliyyət (yoxlama ssenariləri yaza biləcək səviyyədə);
• MS Office, əsasən MS Excel (bilik səviyyəsini təsdiq edən sertifikat təqdim olunmaqla), SQL bilikləri;
• Dil biliyi səviyyəsi: Türk dili – yaxşı, İngilis dili – orta.
Vəzifə öhdəlikləri:
• Departamentə aid iş axışlarının qurulması və onların icrasında iştirak edilməsi;
• Departamentə aid hesabatlıq işinin təkmilləşdirilməsi və icrasında iştirak edilməsi;
• Departamentə aid siyasət, qayda və iş axışları haqqında Bank işçilərinin məlumatlandırılması və müvafiq təlimlərin verilməsi;
• Öz funksiyalarının həyata keçirilməsi prosesində Bankın daxili strukturlarının maraqlar münaqişəsi hallarının aşkar edilməsi;
• Aidiyyatı siyasət və daxili qaydaların layihələrinin, onlara əlavə və dəyişikliklərin icrasının təşkil edilməsi;
• Daxili nəzarət sisteminin effektivliyi və uyğunluğunun yoxlanılması, həmçinin qiymətləndirilməsində iştirak edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər Aprel ayının 30-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Daxili Nəzarət və Komplayens” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |