20 C
Baku
Monday, October 2, 2023

Network Administrator – Azərpoçt

0
Network Administrator – Azərpoçt
Bakı
16.08.2023

Vəzifə öhdəlikləri:

  • Ərazi üzrə paylanmış şəbəkə infrastrukturunun fasiləsiz fəaliyyətinin idarə edilməsi və təmin edilməsi: FW, IPS, Switches, Routers;
  • Şəbəkə avadanlığının sazlanması, quraşdırılması və kommutasiyası;
  • Şəbəkə avadanlığının diaqnostikası və nasazlıqların aradan qaldırılması;
  • Şəbəkə təhlükəsizliyinin təmin edilməsi, təhlükəsizlik təhdidlərinin aşkarlanması, təhlükəsizlik təhdidlərindən qorunmaq üçün həllərin hazırlanması;
  • Şəbəkə avadanlığının konfiqurasiyalarının dəyişdirilməsi, rezervləşdirilməsi və bərpası;
  • Giriş hüquqlarının konfiqurasiyası, qurulması və ayrılması;
  • Tunellərin təşkili və dəstəklənməsi;
  • Bulud infrastrukturu ilə məlumat mərkəzinin inteqrasiyasına dəstək;
  • IP telefoniyanın idarə edilməsi;
  • Yeni kanalların qoşulmasında iştirak (avadanlığın sazlanması və kanalların qəbulu);
  • Şəbəkə infrastrukturu monitorinq sistemlərinin qurulması və idarə edilməsi
  • Aktiv şəbəkə avadanlığının monitorinqi, trafik analizi, qəza hallarının aradan qaldırılması, troubleshooting;
  • Provayderlərlə qarşılıqlı əlaqə (texniki məsələlərdə, şəbəkə avadanlıqlarında və rabitə kanallarında problemlərin aradan qaldırılması zamanı və s.)
  • Cari konfiqurasiyanın sənədləşdirilməsi, kommutasiya jurnallarının, sxemlərin, infrastruktur üzrə məlumatların aktual vəziyyətdə saxlanılması. İnformasiya sistemlərinin, avadanlıqların, lisenziyaların, proqramların və s. Uçotu.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil;
  • Korporativ seqmentdə / inteqratorda şəbəkə və telekommunikasiya texnologiyaları sahəsində 3 ildən artıq iş təcrübəsi;
  • Korporativ WAN şəbəkələrinin qurulması, inkişafı və müşayiət təcrübəsi;
  • CCNP səviyyəsində Cisco routing/switching/security həlləri ilə bilik və praktiki təcrübə mövcudluğu;
  • Cisco, HPE və digər şəbəkə avadanlıqlarının konfiqurasiyası, istismarı və dəstəklənməsi təcrübəsi;
  • IPS, WAF, NGFW sistemləri ilə iş təcrübəsi;
  • PowerShell-də (bash, python) skript yazma təcrübəsi;
  • Linux əməliyyat sisteminin bilik və idarəetmə bacarıqları;
  • IP telefoniya ilə iş təcrübəsi;
  • Şəbəkə avadanlığının quraşdırılması və qoşulması üzrə təcrübə;
  • İnformasiya təhlükəsizliyi prinsiplərinin və şəbəkə təhlükəsizliyinin əsaslarının biliyi;
  • İngilis dili biliyi (texniki sənədlərin oxunması, dəstək xidmətləri ilə yazışmalar).

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə);
  • Korporativ nömrə ilə təmin olunma ;
  • Bazar rəqabətli əmək haqqı;
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “Network Administrator” qeyd etməklə CV-lərini göndərə bilərlər. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaİT
X