2 C
Baku
Saturday, December 14, 2024

Normativ sənədlərlə iş üzrə mütəxəssis – Bank Respublika ASC

0
Normativ sənədlərlə iş üzrə mütəxəssis – Bank Respublika ASC
Bakı
12.08.2020

“Bank Respublika” ASC Normativ sənədlərlə iş üzrə mütəxəssis vəzifəsi vakansiyasını elan edir.

Artıq 28 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik

Ümumi vəzifə öhdəlikləri:

• Struktur bölmələrlə əməkdaşlıq edərək zəruri məlumatları almaq və bu məlumatlar əsasında Bankın bütün növ qayda, təlimat, əsasnamə və digər bu kimi normativ sənədlərini hazırlamaq;
• Mərkəzi Bankın qaydalarını izləmək və dəyişiklik olduğu halda onların əsasında Bankın daxili qaydalarını yeniləmək;
• Sığorta şirkətləri ilə ünsiyyətdə olmaq və sənədləşmə işlərini həyata keçirmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil (Hüquq təhsilli namizədlərə üstünlük verilir);
• Azərbaycan dilində yüksək səviyyədə yazmaq bacarığı;
• İş təcrübəsi arzuolunandır;
• Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili və Rus dili yaxşı səviyyədə arzuolunandır;
• Yüksək ünsiyyət bacarığı;
• Komandada işləmək bacarığı;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq.

İş şərtləri

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24 avqust 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Normativ sənədlərlə iş üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi