1. Mağaza müdiri
Əmək haqqı: 750-1000 AZN
İş barədə:
• Mağazanın sıravi və digər personalı (şöbə müdiri, satıcı, kassir, təmizlik və park xidməti; mühafizə xidməti və s.) üzərində operativ rəhbərliyi və idarəetməni həyata keçirmək;
• Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
• Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya vermək;
• Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
• Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək;
• Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;
• Satış prosesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək;
• Mağazanın fəaliyyətini itki və xərclərin azaldılması hesabına optimallaşdırmaq;
• Ticarət zalına lazım olan malların sifarişini formalaşdırmaq;
• Mağazanın və personalın səliqə və təmizliyinə nəzarət etmək.
Tələblər:
• Ali təhsil;
• Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı;
• İşgüzar davranış etikasını;
• Satılan məhsulun assortimentini və satış qiymətlərini;
• Satış texnikası və prinsiplərini;
• Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını;
• Sanitariya, texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməlidir;
• Kompüter bilikləri (MS Office).
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə “Mağaza müdiri” yazmaqla [email protected] ünvanına göndərə bilərlər.
2. Keyfiyyətə nəzarət üzrə mütəxəssis
İş barədə:
• Yerinə yetirilən işlər üzrə qanunverici və normativ-hüquqi sənədlərin hazırlanması,
• Daxili əmək nizamı qaydalarına nəzarət,
• Keyfiyyətin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək,
• Keyfiyyət menecmenti sisteminin həyata keçirilməsi və onun mütəmadi inspeksiya nəzarəti (daxili audit) üzrə prosedurlarda iştirak etmək,
• Keçirilmiş daxili audit üzrə hesabatların hazırlanmasında iştirak etmək,
• Texniki standartların tələblərinə və texniki şərtlərə, təchiz etmə və müqavilə şərtlərinə müvafiq olaraq keyfiyyətə nəzarət üzrə işdə iştirak etmək,
• İşin keyfiyyətinin pisləşməsi səbəblərini, onların aradan qaldırılması üzrə təkliflər və həmçinin iştirak edən bütün manqaların məsuliyyətinin artırılması üzrə zəruri tədbirlərin işlənib hazırlanması.
Tələblər:
• Ali təhsil (Standartlaşdırma və sertifikasiya),
• Keyfiyyət menecmenti sistemində İSO standart tələblərini bilməli,
• İş prosesində qüvvədə olan əməyin mühafizəsinin qayda və normalarını bilməli,
• Daxili əmək nizamı qaydalarını, texniki təhlükəsizlik, əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə təlimatları bilməli, sanitar-gigiyenik normalara əməl edilməsini tələb etməli,
• Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirməli, təşəbbüskar olmalı, ixtisasını daim təkmilləşdirməlidir,
• İş təcrübəsi (min. 1-2 il)
• Yaş həddi – 25-35 arası.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” yazmaqla [email protected] ünvanına göndərə bilərlər.
3. LABORANT (Kimyaçı)
İş barədə:
• İstehsal olunan malların çeşidlərinə müvafiq olaraq, mallara nəzarət edir.
• Gördüyü işin nəticələrini müvafiq jurnalda qeyd edir.
• İstehsal olunan malların keyfiyyətinə dair texniki sənədləşməni həyata keçirir.
• İstehsal olunan məhsulun keyfiyyətinə dair statistik məlumatları ümumiləşdirir və bununla əlaqədar təkliflər hazırlayır.
• Analizlərin nəticələrinə əsasən keyfiyyətsiz mal aşkar etdikdə, müəyyən olunmuş qaydada brak aktı tərtib edir və qərar qəbul edilməsi üçün rəhbərliyinə göndərir.
• Analizlərin aparılması metodlarına müvafiq olaraq, kimyəvi reaqenlərdən istifadə edir.
• Tədqiqatlar zamanı laborator analizləri, sınaqları, ölçmə və s. işləri icra edir və ya onların aparılmasına rəhbərlik edir;
• Təsdiq edilmiş tədqiqat proqramına müvafiq olaraq, materialların toplanmasında və işlənməsində iştirak edir;
• Laborator avadanlıqların sazlığına nəzarət edir, onların tənzimlənməsini təmin edir;
• Cihazları eksperimentlər həyata keçirilməsi üçün hazırlayır;
• Cihazların göstəricilərini qeyd edir, müşahidələr aparır, hazır məhsul nümunələrinin standartlara uyğunluğunu yoxlayır;
• Analizlərin, sınaqların və ölçmə nəticələrinin uçotunu aparır.
Tələblər:
• Ali təhsil;
• İş təcrübəsi (min. 1 il);
• Ciddi, məsuliyyətli, dəqiq olmalı,
• Analiz bacarığı,
• Yaş həddi 25-35 arası.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə “Laborant” yazmaqla [email protected] ünvanına göndərə bilərlər.
4. Hüquqşünas
Əmək haqqı: müsahibə əsasında müəyyən ediləcək.
İş barədə:
• Müqavilələrin hazırlanması;
• Əmrlərin, göstərişlərin, sərəncamların tərtib edilməsi, onların qanunauyğunluğunun imza ilə təsdiq edilməsi;
• Müəssisənin tərkibinə daxil olan bütün təsərrüfat subyektlərinin qanuni mənafelərinin qorunmasını təmin etmək;
• Müəssisənin mənafeyini məhkəmə orqanlarında, digər idarə, müəssisə və təşkilatlarda, habelə hüquq mühafizə orqanlarında müdafiə etmək;
• Müəssisə rəhbərliyinin hüquqi xarakterli digər göstərişlərinin yerinə yetirmək;
• Məhkəmə işlərinin nəticələrini öyrənmək və ümumiləşdirmək, müqavilələrin bağlanması və icra praktikasını analiz etmək;
• İddiaların hazırlanması və onlara cavab verilməsi məqsədi ilə arayışların, hesabların, izahatların vaxtında təqdim edilməsinə nəzarət etmək.
Tələblər:
• Ali təhsil (hüquq sahəsi üzrə)
• Microsoft Office proqramlarını bilmək;
• Azərbaycan dilini sərbəst bilmək. (Rus və İngilis dillərini bilmək arzuolunandır)
• İş təcrübəsi min 5 il;
• Mülki, əmək, vergi və prosesual hüquq üzrə qanunverciliyi bilməli;
• Məhkəmə proseslərində iştirak təcrübəsi;
• Səlist danışıq qabiliyyəti;
• Ciddi, məsuliyyətli, perspektivli, səliqəli olmalı;
• Yaş həddi 35 və yuxarı.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə “Hüquqşünas” yazmaqla [email protected] ünvanına göndərə bilər.
5. Anbardar köməkçisi
İş barədə:
– anbara daxil olan malların qəbulu, qeydiyyatı və yerbəyer edilməsi,
– anbardarın verdiyi tapşırıqları yerinə yetirmək,
– malların düzgün və tam şəkildə olmasını yoxlamaq və yerləşdirmək.
Tələblər:
– təhsil : ali,
– iş təcrübəsi : Min 1il,
– kompüter bilikləri,
– inkşafa meylli,
– ciddi, məsuliyyətli, dəqiq,
– yaş həddi: 23-30
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə “Anbardar köməkçisi” yazmaqla [email protected] ünvanına göndərə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |