13 C
Baku
Tuesday, October 22, 2024

Ödənişli Təcrübə Proqramı – Norm LLC

0
Ödənişli Təcrübə Proqramı – Norm LLC
Bakı
16.03.2020
Təcrübə proqramı

Norm Sement zavodu

Norm Sement zavodu Bakının Qaradağ rayonunda fəaliyyət göstərir. İstehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edən müəssisə cənubi Qafqazın ən iri sement zavodudur.

Norm ASC aşağıda qeyd edilən tələblərə əsasən ödənişli təcrübə proqramı həyata keçirir.

Hazırda şirkətimizə Elektronika və Avtomatlaşdırma üzrə Təcrübəçi (2 nəfər) və Mexaniki Təmir və Planlama üzrə Təcrübəçi (2 nəfər) tələb olunur. Proqram aşağıda qeyd edilən ixtisaslar üzrə universitetdə təhsil alan bakalavr və magistr pilləsinin sonuncu kurs tələbələri arasından seçim edilərək həyata keçiriləcəkdir:

• Mexanika
• Elektroenergetika
• Avtomatlaşdırma
• Planlama
• Texnoloji maşınlar və avadanlıqlar
• Elektronika

Təcrübə müddəti 6 aydır və müqavilənin şərtləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.

İş yeri Qaradağ rayonu Ümid qəsəbəsində yerləşdiyi üçün şirkət müəyyənləşdirilmiş vaxtlarda və istiqamətlərdə servis avtobusları təşkil edir.

Təcrübəçilər könüllü tibbi sığorta növü üzrə sığortalanır və naharla təmin edilir.

Bizimlə əməkdaşlıq etmək istəyən tələbələr öz tərcümeyi-hallarını [email protected] ünvanına müraciət etdikləri vəzifənin adını mövzu xanasında qeyd etməklə göndərməkləri xahiş olunur.

Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 31.03.2020

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər