Ödəniş kartları departamentində mütəxəssis
Öhdəliklər
• Plastik kartlar sahəsi üzrə yeni məhsulların və xidmətlərin hazırlanması və həyata keçirilməsi;
• Mövcud və yeni kart məhsulları haqqında bank əməkdaşlarının məlumatlandırılması, filiallardan gələn sorğuların cavablandırılması;
• Mövcud hesabatların analizinin aparılması;
• Kart məhsulları sahəsində biliklərin daimi inkişafı;
• Ödəniş sistemləri, prosessinq mərkəzi və tərəfdaşlar ilə yazışmalar aparmaq və görüşlərdə iştirak etmək.
Tələblər
• Ali təhsil ( maliyyə, iqtisadiyyat, bankçılıq və ya İnformatika sahəsində arzu olunandır);
• Müvafiq sahə üzrə ən az 2 il iş təcrübəsi;
• Ödəniş kartları və Ödəniş Sistemləri barədə qanunvericiliyi bilmək;
• Kart sistemləri ilə işləmək bacarığı;
• Azərbaycan, Rus və İngilis dillərini bilmək;
• Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı;
• Analitik düşünmə və riyazı təhlil qabiliyyəti;
• Komanda şəklində işləmək bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər mövzu hissəsində vakansiya adını qeyd etməklə öz CV formalar [email protected] ünvanına göndərə bilər.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |