Vəzifə: Ödəniş Kartları İdarəsinin Ödəniş sistemləri ilə iş şöbəsinin mütəxəssisi
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• İqtisadiyyat, maliyyə və bank işi sahəsində ali magistr təhsili (yüksək reytinqli xarici universitet bitirənlərə üstünlük verilə bilər);
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Azərbaycan, İnqilis və Rus dillərini mükəmməl səviyyədə bilmək;
• Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Excel proqramı üzrə işləmə bacarığı;
• Yüksək qavrama və analitik düşünmə bacarığı;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompüter bilikləri.
İŞİN TƏSVİRİ:
• İdarədaxili hesabatların hazırlanması;
• Prosessinq Mərkəzi və Ödəniş Sistemləri ilə yazışmaların aparılması.
• Yeni məhsulların və xidmətlərin bazar təhlilinin aparılması
• Layihələrdə iştirak.
QEYD:
Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |