Unicapital investisiya şirkətinə ofis meneceri (reception) axtarırıq.
Namizədə tələblər:
• Ali təhsil
• Ofis meneceri kimi minimum 1 il iş təcrübəsi
• Kompyuter bilikləri: MS Office proqramları
• Xarici dil bilikləri: Rus və ingilis (optional)
İş öhdəlikləri:
• Məktubların müvafiq vasitələrdən istifadə etməklə qeydiyyatının aparılması və bazasının formalaşdırılması;
• Daxil olan zənglərə cavab verilməsi və yönləndirilməsi;
• Daxili təchizat-təminat məsələlərinin idarəedilməsi;
• Müştəriləri nəzakətli qarşılanması;
• İşçilərin dəftərxana ləvazimatı ilə təmin edilməsi;
• Vəzifəsindən irəli gələn daxili qaydalara, məhsul və xidmətlərə dair yenilikləri izləmək və yüksək səviyyədə bilmək;
• Rəhbərliyin görüş qrafikinə nəzarət edilməsi, görüşlərin təşkili.
İş şəraiti :
– Əmək haqqı müsahibə zamanı əməkdaşın təcrübə və bilik səviyyəsinə uyğun təyin ediləcək.
– İş rejimi: 5 iş günü, 09:00-dan 18:00-dək.
– İş yeri: Azzure Business Centre.
Maraqlanan şəxslər CV-lərini 31.07.2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Ofis meneceri” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərə alınmayacaq.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər, Menecer |