26 C
Baku
Saturday, July 27, 2024

Operativ nəzarət sahəsinin rəhbəri – Abşeron Logistika Mərkəzi

0
Operativ nəzarət sahəsinin rəhbəri – Abşeron Logistika Mərkəzi
Abşeron
21.08.2023

Ümumi vəzifə öhdəlikləri:

  • Dəmir yolları, beynəxlaq daşıma əməliyyatlarından, logistika sahəsində məlumatlı olmaq;
  • 1C sistemində iş proseslərinin izlənilməis, nəzarət;
  • Heyətin idarə edilməsi;
  • Monitorinq materiallarının analitik təhlili və hesabatın hazırlanması;
  • Proseslərin təhlili, təkliflərin verilməsi;
  • Monitorinq qrafikiin qurulması və tətbiqi;
  • Risklərin idarə olunmasının və xərclərin səmərəliliyinin qiymətləndirilməsi;
  • Daxili nəzarət mexanizmlərinin effektivliyinin və çevikliyinin müəyyən edilməsini;
  • Mühasibat uçotunun aparılmasının, həmçinin maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının yoxlanılması;
  • Ehtiyatlardan istifadənin səmərəliliyini, düzgünlüyünü və onların istifadəsinə nəzarəti qiymətləndirir;
  • Mərkəzin strukturlarının fəaliyyətində yol verilə biləcək nöqsan və çatışmazlıqların vaxtında müəyyənləşdirilməsi üçün elektron və digər informasiya daşıyıcıları əsasında fəaliyyət göstəricilərinin ilkin təhlilini aparmaq;
  • Təhlilin nəticəsinə uyğun olaraq daxili nəzarət qaydasında daxili nəzarət tədbirlərinin həyata keçirilməsi barədə rəhbərliyə təkliflərin təqdimi;

  Namizədə qarşı tələblər:

  • Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit və s.);
  • Analitik təhlil, idarəetmə sahəsində 5 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri (əla), İngilis dili arzuolunandır;
  • Liderlik, idarəetmə bacarıqları olmalı;
  • Müvafiq qanunvericiliyi bilməli;
  • Komputer bilikləri: MS Office (Word, Outlook) proqramlarını yaxşı səviyyədə, Excel-i yüksək səviyyədə bilmək;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Analitik qabiliyyətə, təqdim etmə bacarıqlarına malik olmaq;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
  • Yaş həddi: 25-40 yaş.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 17 sentyabr 2023-cü il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Operativ nəzarət sahəsinin rəhbəri” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. [email protected]

İşin aid olduğu sahə

KateqoriyaSığorta