17 C
Baku
Tuesday, May 21, 2024

Pərakəndə satış və bazar araşdırmaları üzrə bölmə rəhbəri – Azersun Holding

0
Pərakəndə satış və bazar araşdırmaları üzrə bölmə rəhbəri – Azersun Holding
Bakı
27.10.2020

Pərakəndə satış və bazar araşdırmaları üzrə bölmə rəhbəri

Tələblər:

– Ali təhsilli (Statistika,Tətbiqi riyaziyyat, Kompüter mühəndisliyi, Sənaye Mühəndisliyi üzrə ixtisaslı) olmalı;
– Pərakəndə sahəsində ən azı 5 il təcrübəsi olmalı;
– SPSS, SQL, Quantum, Power IB və s. kimi data analitikası vasitəsilərindən birini yaxşı səviyyədə bilməli;
– MS Office proqramlarını yaxşı səviyyədə bilməli;
– Analitik düşünmə qabiliyyəti və hesabat vermə bacarığı olmalı;
– Komanda ilə birlikdə çalışma bacarığı olmalı;
– Planlama və təşkilati bacarıqlara sahib olmalı;
– Şifahi və yazılı ünsiyyət qurma bacarığı olmalı.

İş haqqında:

– Pərakəndə sahəsində məlumatların toplanması və hesabatların hazırlanması prosesinə nəzarət edilməsi;
– Müvafiq markaların satış və bazar strategiyalarını inkişaf etdirilməsi, toplanan məlumatlara əsasən hesabatların hazırlanması və bu hesabatlar vasitəsi ilə xüsusi analizlərin edilməsi;
– Hazırlanan hesabatlar və edilmiş analizlər vasitəsi ilə tədqiqat və strategiya komandası ilə birlikdə müvafiq marka komandalarının suallarına cavab tapılması;
– Pərakəndə satış ziyarətlərinin həyata keçirilməsi;
– Keyfiyyəti artırmaq üçün təchizatçılar və İT komandası ilə görüşlərin keçirilməsi (yeni nəsil məlumatların toplanması, təhlili və s.)
– Məlumatların təhlükəsizliyinə və keyfiyyətinə nəzarət edilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (Pərakəndə satış və bazar araşdırmaları üzrə bölmə rəhbəri başlığı ilə) göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər