«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.
Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!
Partnyorlar ilə iş şöbəsinin mütəxəssisi
Əsas vəzifə öhdəlikləri:
• Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlərin keçirilməsində iştirak etmək
• Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
• Mövcud partnyorlarla birbaşa əlaqələr yaratmaq və onların satışlarına nəzarət etmək;
• Müştərinin ilk müraciət anından onunla işləmək: təqdimat materialları, müşayiət məktubları və izahedici qeydləri işləyib hazırlamaq və göndərmək, ərizə formasında təqdim olunan məlumatı təhlil etmək,qiymət üzrə təkliflər hazırlamaq və müraciət edən müştəriyə təqdim etmək,müştəriyə sığorta şərtləri haqqında ətraflı məlumatların əldə edilməsində köməklik göstərmək
• Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri Şirkətlə əməkdaşlıq etməyə dəvət etmək
Namizədə tələblər
• Yaş: 21-32
• Cinsi: kişi
• Təhsil: Ali
• Dil bilikləri: Azərbaycan dili (əla) , Rus dili (əla),İngilis dili( arzuolunandır)
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
Şəxsi keyfiyyətlər
• Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
• Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
• Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
İş şərtləriİş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı: 550 AZN + rüblük motivasiya
• Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
• Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] – mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Partnyorlar ilə iş şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |