Vəzifə: Biznes Məhsullarının Satışının Təşkili Şöbəsində partnyorların cəlb edilməsi və partnyorlarla iş üzrə mütəxəssis
Öhdəliklər:
Bank məhsullarının satışını həyata keçirmək üçün yeni partnyorların cəlb olunması
Cəlb edilmiş partnyorlarla əməkdaşlığı gücləndirmək
Bankın məhsul və xidmətlərinin partnyorlar arasında təbliğatını təmin etmək
Potensial dövlət, özəl müəssisələrin rəhbərləri və əməkdaşları ilə görüş, təqdimatların keçirilməsi
Partnyorların ehtiyaclarını müəyyən etmək və müvafiq məhsul / xidmətlər təklif etmək
Rəhbərliyə hesabatlar təqdim etmək
Tələblər:
Ali təhsil
Azərbaycan, rus dillərini mükəmməl bilməli. Ingilis dilini bilmək arzu olunandır
MS Excell və MS Word işləmək bacarığı
Yüksək ünsiyyət və müzakirə bacarığı
Təqdimat bacarığı
Bank və sığorta sahələrində (satış üzrə) çalışmış əməkdaşlara üstünlük verilir
CV-lərinizi mövzu sətrində vakansiyanın adını (Biznes Məhsullarının Satışının Təşkili Şöbəsində partnyorların cəlb edilməsi və partnyorlarla iş üzrə mütəxəssis) qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.
İşin aid olduğu sahə
Kateqoriya | Əməliyyatçı |