“PAŞA Sığorta” ASC namizədləri “PAŞA Sığorta” ASC-nin Ağsu nümayəndəliyində qəza komissarı – assistent vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
• Müvafiq sığorta növləri üzrə sığorta hadisəsinin qeydiyyata alınması, ilkin sənədlərin hazırlanması və ümumi işin təkmilləşdirilməsi;
• Sığorta hadisələri üzrə iddiaların tam və düzgün tənzimlənməsi prosesinin təmin edilməsi;
• Hadisə barəsində müraciəti birbaşa və ya dolayı yolla əldə etdikdən dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində hadisənin tənzimlənməsi prosesinin həyata keçirilməsi;
• Səlahiyyətli dövlət orqanlarına və digər qurumlara baş vermiş hadisə üzrə sənədlərin toplanılması üçün sorğu yollamaq və həmin sənədlərin toplanılması prosesinin həyata keçirilməsi;
• İcraatın davam etdirilməsi üçün ilkin sənədlərin şöbə rəhbərinə ötürülməsi;
• Qeydiyyata alınmış işlərin araşdırılması və mümkün sığorta dələduzluğu faktlarının ortaya çıxarılması prosesinin həyata keçirilməsi və proses boyu birbaşa rəhbərə məruzə edilməsi;
• Regionlarda baş vermiş hadisələr barədə məlumatın nümayəndəliklərə ötürülməsi və tənzimlənmə prosesinə nəzarət edilməsi;
• Şirkətdə mövcud olan müxtəlif sığorta məhsulları üzrə xidmətlərin təmin olunmasını həyata keçirmək və şöbə rəhbərinə məruzə etmək;
• Xidməti istifadəsinə verilmiş əmlakın səliqəli istifadə olunmasına məsuliyyət daşıyır;
• Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Bilik və bacarıqlar:
• Ali təhsil;
• Kompyuter bilikləri: Microsoft Excel və Word təminat proqramları üzrə biliklərin olması;
• Mövcud qanunvericilikləri bilmək, Yol Hərəkəti Qaydaları biliyi və avtomobil mexanizmi haqqında texniki bilik;
• Dil bilikləri: Azərbaycan dilində sərbəst ünsiyyət qurma bacarığı, rus dili biliyinin olmasına üstünlük verilir;
• Sığorta şirkətində iddiaların tənzimlənməsi sahəsində minimum 1 il iş təcrübəsi;
• Ünsiyyət qurmaq bacarığı;
• Komanda ilə işləmək bacarığı;
• Müştərilərlə iş üsulları biliyi.
Son müraciət tarixi: 30 dekabr, 2019-cu il
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.
İşin aid olduğu sahə
Kateqoriya | Sığorta |