Bakı
03.07.2023
Əsas funksiyalar:
- Səlahiyətindəki peyk sistemlərinin təhlükəsizliyinin və sazlığının təmin edilməsi məqsədilə bütün prosedurlara riayət etməsi;
- Əməliyyat proseslərinin və prosedurlarının, o cümlədən proqram kodlarının hazırlanması və yoxlanılması;
- Səlahiyətindəki peyk sistemlərinin analizi, əməliyyatlar planının və sorğularının hazırlanması, rutin peyk əməliyyatlarına nəzarət;
- Qrup üzrə hesabatların hazırlanması;
- İşlərin, layihələrin, iş istiqamətlərinin icra ardıcıllığına və tətbiq edilən iş bölgüsünə əməl edilməsi;
- Müşahidə edilən problemlər haqqında müşahidə hesabatların yaradılması, nəzarəti və yaranan problemləri aradan qaldırmaq üçün təhlili və tədbirin görülməsi;
- Qeyri-iş saatlarında peyk əməliyyatlarının icrası və icrasına dəstək;
- 24/7 on-call dəstək
Tələblər:
- Ali təhsil, fizika, mexanika, elektrik-elektronika, mekatronika, tətbiqi riyaziyyat, aerokosmik və ya bənzər mühəndislik üzrə bakalavr səviyyəsi
Bilik və bacarıqlar:
- Analitik düşüncə
- MS Office (Word, Excel, Outlook, PowerPoint)
- Proqramlaşdırma/skript dilləri ilə işləmə bacarığı
- Telekommunikasiya sahəsində biliklərinin olması üstünlükdür
Dil bilikləri:
- Azərbaycan dili (yüksək səviyyədə)
- İngilis dili (ən azı upper-intermediate)
Bu meyarlara uyğun namizədlər CV-lərini 14.07.2023-cü il tarixinədək “Peyk mühəndisliyi üzrə kiçik mühəndis” başlığı ilə göndərə bilərlər.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |