“Ziraat Bank Azərbaycan” ASC İT departamentində PL/SQL Developer vəzifəsinə işə dəvət edir.
Vəzifəyə olan tələblər:
• İnformasiya Texnologiyaları ixtisası üzrə Bakalavr və ya Magistr dərəcəsində ali təhsil;
• Analitik təfəkkür və alqoritmik düşünmə qabiliyyəti;
• Bank sektorunda minimum 1 il iş təcrübəsi;
• Mövcud məlumatları, cədvəlləri, sorğuları, saxlanılan prosedurları və hesabatları təhlil etmək bacarığı;
• Performansın tənzimlənməsi və sorğu optimallaşdırılması təcrübəsi;
• Oracle SQL və PL/SQL proqramlaşdırma dillərini yaxşı bilməli;
• SQL, PL-SQL sahəsində minimum bir illik iş təcrübəsi;
• XML ilə işləmə bacarığı;
• C#, Java, Python proqramlaşdırma dillərindən birini bilməli (arzu olunandır);
• Xarici dil: Rus/İngilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər;
• Yeni məlumatları tez başa düşmək, saxlamaq və tətbiq etmək bacarığı, sürətli öyrənmə bacarığı;
• İş prosedurlarına dair texniki sənədlər hazırlamaq bacarığı;
• Daxili bank sistemində lazımi konfiqurasiyaların aparılması.
Əsas vəzifələr:
• İstifadəçilərin tələblərinə cavab verən yeni statistik və analitik hesabatların tərtib olunması;
• Hesabat məlumatlarının reallığının yoxlanılması;
• Texniki spesifikasiyaların hazırlanması;
• Test mühitinin yenilənməsi;
• Sistemdə yeni patch-ların tətbiqi;
• Davamlı olaraq problem həlləri təklif edilməsi və MIS, MKR hesabatı ilə bağlı istifadəçi suallarına / problemlərinə cavab verilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər mart ayının 15-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “PL/SQL Developer” qeyd etməyiniz vacibdir.
İşin aid olduğu sahə
Kateqoriya | İT |