8 C
Baku
Sunday, November 17, 2024

PL/TMM şöbəsinin mütəxəssisi – Bank Respublika ASC

0
PL/TMM şöbəsinin mütəxəssisi – Bank Respublika ASC
10.07.2019

Bank Respublika ASC Əməliyyatlara Nəzarət departamentin “PL/TMM şöbəsinin mütəxəssisi” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Müştəri profilinin və əməliyyatlarının analitikası;
• Xüsusi proqram təminatında “ssenarilərin” yazılması;
• Əməliyyatlar üzrə monitorinqlərin aparılması;
• Müxbir bank və digər maliyyə institutlarından rus və ingilis dillərində daxil olan sorğuların cavablandırılması;
• Müxbir bank və digər maliyyə institutları ilə rus və ingilis dillərində yazışmaların və telefon danışıqlarının aparılması;
• Nəzarət orqanları və rəhbərlik üçün müxtəlif hesabatların hazırlanması.

Namizədə qarşı tələblər:

• Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarəedilməsi üzrə təhsil arzuolunandır);
• Dil bilikləri: Azərbaycan (əla), Rus dili (əla), İngilis dili (əla);
• Komputer bilikləri; Microsoft Office Programs (Word,Excel);
• İT sahəsində minimal biliklərin olması arzuolunandır;
• Bank fəaliyyətini tənzimləyən qanun və normativləri bilməsi arzuolunandır; 
• İş təcrübəsi: PL/TMM sahəsi üzrə arzuolunandır;
• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Bank Respublikanın peşəkar komandasının bir üzvü olmaq imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 21 iyul 2019-cu il tarixinədək, email-in mövzu hissəsində “PL/TMM şöbəsinin mütəxəssisi” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaƏməliyyatçı, İT