Vakansiyanın kodu: V211213-1
Ödəniş növü: Vaxtamuzd
İş vaxtının norması: Gündəlik
Əmək şəraiti: Ofisdaxili
İş yerinin ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 230
Tələb olunan təhsil istiqaməti/ixtisası: Biznesin idarə edilməsi, İqtisadiyyat, Maliyyə, Mühasibatlıq
Tələb olunan minimum təhsil dərəcəsi: Bakalavriat
Tələb olunan minimum əmək stajı: Tələb edilmir
Tələb olunan komputer bilikləri: MS Office – sərbəst.
Tələb olunan xarici dil bilikləri: İngilis dili – yaxşı; Rus dili – yaxşı.
Vəzifə üzrə tələb olunan biliklər:
- Maliyyə hesabatlarının təhlili üzrə biliklər;
- Büdcənin qurulması və izlənilməsi, əsas fəaliyyət göstəricilərinin hesablanması üzrə biliklər.
Tələb olunan fərdi keyfiyyət göstəriciləri:
Ümumi fərdi keyfiyyət meyarları:
- Motivasiya;
- Komanda işi;
- Nəticəyönümlülük;
- Etibar yaratma;
- Məsuliyyətlilik.
Funksional fərdi keyfiyyət meyarları:
- Keyfiyyət yönümlülük;
- Diqqətlilik;
- İntizamlılıq.
Digər tələb və üstünlük göstəriciləri:
- Müraciət edən namizədlərin ACCA və ya CFA Level I üzrə sertifikatlarının olması arzuolunandır.
- Excel VBA və ya digər proqlamlaşdırma dilləri (RStudio, Python) üzrə biliklərin olması arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Şirkətin texniki və əməliyyat göstəricilərinə əsaslanaraq texniki planın və müvafiq maliyyə göstəricilərinin hesablanması və qurulması;
- Şirkətin əsas modelinin yenilənməsi və inkişaf etdirilməsi;
- Törəmə müəssisələr, yeni investisiya layihələri üzrə modellərin qurulması;
- Şirkətin əsaslandırılmış büdcəsinin qurulması və izlənilməsi;
- Əməliyyat və maliyyə göstəriciləri üzrə əsas fəaliyyət göstəricilərinin hesablanması və izlənilməsi.
Son müraciət tarixi: 29/12/2021
İşin aid olduğu sahə
Kateqoriya | Dövlət qurumları |