Bakı
25.09.2024
Vəzifə öhdəlikləri:
- Şöbənin fəaliyyətini təşkil etmək və idarə etmək, şöbə qarşısında duran vəzifələrin icrasını təmin etmək
- İdarəetmə orqanlarının, işçi kollegial orqanlarının və GoldenPay rəhbərliyinin şöbənin fəaliyyəti ilə bağlı qərarlarının icrasını təmin etmək
- GoldenPay-in normativ aktlarının və daxili sənədlərinin tələblərinə (şöbənin fəaliyyətinə aid olduğu dərəcədə) riayət etmək
- Şöbənin fəaliyyətinin bütün sahələrinə nəzarəti təşkil etmək və şöbədə aparılan işlərin məxfiliyini lazımi səviyyədə təmin etmək
- Şöbənin Əsasnaməsinin və şöbənin ştat cədvəlinin layihəsini GoldenPay-in səlahiyyətli orqanına baxılması üçün təqdim etmək
- Şöbənin işçiləri arasında vəzifələri bölüşdürmək və şöbə işçilərinin ixtisaslarının artırılmasına yönəlmiş işləri təşkil etmək
- Şöbənin öz funksiyalarını yerinə yetirmə qaydasını müəyyən edən daxili sənədləri hazırlamaq və GoldenPay-in digər departamentləri ilə razılaşdırmaq, habelə şöbənin öz funksiyalarını yerinə yetirməsi üçün GoldenPay-in digər departament və şöbələri ilə qarşılıqlı fəaliyyət göstərmək
- Şöbənin səlahiyyətlərinə aid olan məsələlər üzrə inzibati sənədlərin müəyyən edilmiş qaydada hazırlanaraq təsdiqə təqdim edilməsini təşkil etmək
- GoldenPay-in daxili sənədləri ilə verilmiş səlahiyyətlərə uyğun olaraq idarəetmə orqanları, işçi kollegial orqanları və rəhbərlik tərəfindən qəbul edilmiş və ya təsdiq edilmiş qərarları həyata keçirmək
- Müvafiq konsaltinq işlərini yerinə yetirərək (müştəriyə GoldenPay-in plastik kartlarının növləri, plastik kartlarla və elektron cüzdanla ödənişlərin aparılması xüsusiyyətləri haqqında məlumat vermək) GoldenPay-in fərdi və korporativ plastik kartlarının istehsalı və cüzdanların aktivləşdirilməsi üçün müştərilərdən (fiziki və hüquqi şəxslərdən) müraciətləri qəbul etmək (xaricdə və internet üzərindən daxil olan müraciətlər də daxil olmaqla)
- GoldenPay müştəriləri ilə əlaqələrin vəziyyətinin təhlilini aparmaq və onların inkişafı üçün təkliflər hazırlamaq
- GoldenPay-in daxili qaydaları çərçivəsində müştərilərə xidmətin keyfiyyətini və səmərəliliyini artırmaq məqsədilə kartlara və elektron cüzdanlara xidmət göstərilməsi üçün vahid texnologiyanın təmin edilməsi və təkmilləşdirilməsi
- VISA və Mastercard ilə hesablaşmaların və üzləşmələrin təşkili
Tələblər:
- Ali təhsil
- PMP, CFA, CPA kimi beynəlxalq sertifikatlar arzuolunandır
- Bank sahəsində təcrübə üstünlükdür
- Satış bacarıqları
- Kredit portfeli ilə işləmək təcrübəsi
- Kredit məhsulları ilə işləmək bacarığı
- Məhsulun yaradılması və idarəedilməsi təcrübəsi
- Rəhbər vəzifəsində 2-3 il iş təcrübəsi
- Müvafiq sahə üzrə 5 illik iş təcrübəsi
- MS Office proqramlarını yaxşı bilmək
- Azərbaycan və Rus dillərini səlis bilmək, İngilis dilini bilmək üstünlükdür
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi email adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |