16 C
Baku
Monday, April 15, 2024

Plastik Kartların Mühasibatlığı üzrə mütəxəssis / aparıcı mütəxəssis – YapiKredi Bank

0
Plastik Kartların Mühasibatlığı üzrə mütəxəssis / aparıcı mütəxəssis – YapiKredi Bank
Yapı Kredi (Azərbaycan)/ FOTO: Banker.az
Bakı
24.09.2020

Plastik Kartlar Əməliyyatları departamenti/Plastik Kartların Mühasibatlığı üzrə mütəxəssis / aparıcı mütəxəssis

Vəzifəyə olan tələblər :

• Ali təhsil (iqtisadi təhsili olması daha məqsədə uyğundur);
• Mükəmməl Azərbaycan dili, İngilis dili
• MS Office proqramında işləyə bilmək bacarığı, xüsusən yaxşı Excel bilikləri

Əsas iş funksiyaları:

• Yerli qanunvericilik tələblərinə və bank daxili qaydalara uyğun tələb olunan hesabatları hazırlamaq və təqdim etmək;
• Müxabirləşmə zamanı istifadə olunan hesabların qalıqlarına nəzarət etmək;
• Alternativ xidmət kanalları vasitəsi ilə həyata keçirilən hesablaşmaların yoxlanılması;
• Beynəlxalq ödəniş sistemləri/Banklar arası kart mərkəzinin qaydalarını izləmək və həmin qaydalara əsasən proseslərin həyata keçirilməsini təmin etmək;
• Beynəlxalq ödəniş sistemləri standartlarına uyğun bank ilə ödəniş sistemləri arasında müxabirləşmənin və hesablaşmanın həyata keçirilməsi;
• Ödəniş kartlarına dair layihələrin həyata keçirilməsi zamanı sistem infrastrukturuna uyğun tələbləri müəyyən etmək eyni zamanda test nəticələrinin doğru şəkildə reallaşmasını təmin etmək;
• Filiallardan və aidiyyatı bölümlərdən daxil olan istək və müraciətlərini yüksək səviyyədə yerinə yetirmək.

CV-lərinizi [email protected] ünvanına göndərmənizi xahiş edirik.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi