25 C
Baku
Saturday, July 27, 2024

“Port Baku” şöbəsinin Mütəxəssisi – PASHA Bank

0
“Port Baku” şöbəsinin Mütəxəssisi – PASHA Bank
Bakı
10.05.2023

İşiniz nədən ibarətdir?

  • Müştərinin (həm bankdaxili, həm də xarici) müvafiq qaydada qarşılanması və onlara peşəkar xidmətin göstərilməsi;
  • Hər müştərinin tələblərinin dəqiq müəyyənləşdirilməsi və idarə olunması. Müştərinin loyallığını qorumaq üçün müştərilər ilə müsbət münasibətlərin qurulması və saxlanılması.Bütün kommunikasiya vasitələrindən istifadə edərək xidmətlər/məhsullarla əlaqəli lazımi addımların atılması;
  • Gündəlik tapşırıqların razılaşdırılmış müddət çərçivəsində, yüksək səviyyədə və təsdiq olunmuş qayda və prosedurlara uyğun icrasının təmin edilməsi;
  • Müştəri qeydləri və müştəriyə aid olan bütün məlumatlarının məxfiliyinin qorunması məqsədilə bütün lazımi prosedurların icrası;
  • Bank məhsuları üçün çarpaz satışın dəstəklənməsi;
  • Bütün müvafiq sənəd və hesabatların dəqiqliklə və razılaşdırılmış müddət çərçivəsində tamamlanması;
  • Həyata keçirilən əməliyyatlar üzrə sənədləşmə axınının (müştərilər haqqında məlumatlar daxil olmaqla) və təsdiq edilmiş daxili qayda və prosedurlara əsasən sənədləşmələrin arxivləşdirilməsinin təmin edilməsi;
  • Ehtiyac olduqda digər filialda müştəri xidmətləri işçilərinin əvəz edilməsi;
  • Bank məhsulları və xidmətləri, habelə bütün yeniliklər haqqında məlumatlı olmaq;
  • Müştəri şikayətlərinin vaxtında aşkarlanması və aidiyyəti struktur bölmələrə qeydiyyatı.

Sizdən nə tələb olunur?

  • Təhsil: İqtisadiyyat və buna uyğun digər sahə üzrə bakalavr təhsili
  • Tələb olunan iş təcrübəsi: müvafiq sahə üzrə minimum 1-3 il
  • Dil bilikləri: Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (orta səviyyədə), Rus dili (orta səviyyədə),
  • Kompüter bilikləri: “Microsoft Office” (“Excel”, “Word”)
  • Məhsul üzrə biliklər: Müvafiq daxili siyasət və prosedurlar, bankın məhsul və xidmətləri barədə məlumatlılıq, müvafiq qanunvericilik bilikləri.
  • Digər tələblər: Hesabat hazırlama bacarığı, güclü ünsiyyət bacarığı, münaqişələrin həlli bacarığı, innovativ düşünmə və özünü inkişaf etdirmək bacarığı.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi