4 C
Baku
Tuesday, February 27, 2024

PR – baş mütəxəssis – Azerbaijan Energy Regulatory Agency

0
PR – baş mütəxəssis – Azerbaijan Energy Regulatory Agency
Bakı
23.12.2021

Vəzifə öhdəlikləri:

  • İclaslar, vebinarlar, konfranslar və s. də daxil olmaqla tədbirlərə dair press-relizlərin ilkin variantının hazırlanması və mətnlərin redaktə edilməsi;
  • Broşürlər və  digər nəşrlər üçün kontentlərin yazılması və mətnlərin redaktə edilməsi;
  • Sosial media hesablarının idarə olunması və orada Agentliyin fəaliyyətinə, enerji sahəsinə aid mətnlərin yazılması və paylaşılması;
  • Şöbələrarası effektiv kommunikasiya və iş birlyinin qurulması, rüblük daxili xəbər bülleteni üçün məlumatların vaxtında toplanması və bülleten şəklində ilkin variantının hazırlanması;
  • Mütəmadi olaraq mətbuatın monitorinqinin aparılması və aylıq hesabatların hazırlanması;
  • Enerji tənzimləmə sahəsində araşdırmaların aparılması, məlumatların sistemli şəkildə toplanması;
  • Vebsayt üçün kontentin Azərbaycan dilindən ingilis dilinə və ingilis dilindən Azərbaycan dilinə tərcümə edilməsi;
  • Bütün kommunikasiya materiallarının vahid korporativ kommunikasiya qaydalarına uyğun olmasını təmin edilməsi, əməkdaşlar arasında brend məlumatlılığını artırılması, təqdimatlar edilməsi;
  • Agentliyin PR fəaliyyətinə dair sektor müdiri tərəfindən verilmiş təlimatlar və tapşırıqların icrası.

Tələblər:

  • Ali təhsil (Jurnalistika, filologiya, marketinq, biznesin idarə edilməsi);
  • Yaş həddi 27-40 aralığı;
  • İxtisası üzrə azı 3 il iş stajı;
  • Microsoft Office və dizayn proqramlarında işləmə bacarığı;
  • Rus və ingilis dillərini səlis bilməsi arzuolunandır;
  • Operativlik, dəqiqlik və yüksək icraçı bacarığı;
  • Səlis və aydın nitqə sahib olmalı, fikrini düzgün ifadə etməyi bacarmalı;
  • Analitik təhlil və proqnozlaşdırma, reklam və PR sahəsində ilkin bilirlərə sahib olmalı;
  • Sosial şəbəkələr haqqında geniş məlumatlı olmalı, iş prinsiplərini bilməli.

Digər:

  • Əmək haqqı  müsahibənin nəticəsinə əsasən müəyyən olunacaqdır;
  • İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
  • İstirahət günləri: şənbə və bazar günləri;
  • Vakansiya üzrə müraciətin son müddəti: 07 yanvar 2022-ci il
  • İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini foto ilə birlikdə poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (PR – baş mütəxəssis) qeyd edin.

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDövlət qurumları