14 C
Baku
Friday, November 15, 2024

PR üzrə mütəxəssis – Ateshgah Sigorta

0
PR üzrə mütəxəssis – Ateshgah Sigorta
Bakı
03.12.2020

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 14 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

PR üzrə mütəxəssis

Namizədə tələblər

• Ali təhsil mütləqdir
• PR sahəsində iş təcrübəsi arzuolunandır
• Azərbaycan, rus və ya ingilis dillərini;
• Microsoft Office (Word, Excel, Power Point) proqramlarını, elektron poçtdan istifadə qaydaları arzuolunandır)
• Yaş: 23-35

Şəxsi keyfiyyətlər

• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Əsas vəzifə öhdəlikləri

• PR kampaniyaların keçirilmə planını təşkil etmək;
• PR kampaniyaların büdcəsini təyin etmək;
• Press-relizlər, informasiya xəbərləri, məqalələr yazmaq,
• Şirkətdaxili PR-ın təşkil edilməsi
• PR kampaniyaların keçirilməsi ilə əlaqədar KİV-nin monitorinqinin nəticələri haqqında şirkət rəhbərliyinə məlumat vermək;
• Müxtəlif aksiyaların (sərgilər, mətbuat konfransları, təqdimatlar, festivallar, xeyriyyə aksiyaları və s.) təşkilində şirkətin iştirak etmək təklifini təhlil etmək;
• Digər təşkilatıar tərəfindən keçirilən PR aksiyalarda birgə iştirak etmək imkanlarını təhlil etmək;
• Rəqabətdə olduğu təşkilatların PR strategiyasını təhlil etmək və onların güclü-zəif cəhətlərini araşdırmaq;
• Şirkətin ünvanına deyilən tənqidi fikirlərə qarşı cavab çıxışları, mətbuat konfransları, açıqlamalar və şərhlər hazırlamaq;
• Şirkətdaxili PR planını hazırlamaq və bu plan çərçivəsində tədbirlər həyata keçirmək;
• Şirkətin ictimaiyyətlə əlaqələrinin həyata keçirilməsi ilə bağlı müxtəlif təbliğat materiallarını hazırlamaq və aidiyyatı hədəf qrupları arasında yayılmasını təşkil etmək;
• KİV, sahibkarlıq ictimaiyyəti və dövlət orqanları ilə işgüzar əlaqələri inkişaf etdirmək;
• Şirkətin dinamik fəaliyyətinin saytda adekvat əks olunması ilə bağlı tədbirlər görmək;
• Şirkətin fəaliyyətinə dair mütəmadi olaraq saytın ana səhifəsində xəbərləri yeniləmək, o cümlədən idarəetmə, iqtisadiyyat, sosial həyatda və biznes konsaltinq aləmində baş verən mühüm hadisələrə dair xəbərləri saytda yerləşdirmək;

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 17:30
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı 550 azn

Məlumatlandırıcı qeydlər

• Zəhmət olmasa, CV formanızı göndərmədən öncə iş elanı ilə ətraflı tanış olun
• CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
• CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
• Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
• İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur
• Məktubun mövzu bölməsində, vakansiyanın adını mütləq qeyd edin
• CV forması göndərmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək şəxsi keyfiyyətlərlə tanış olun və müsahibə zamanı bu keyfiyyətləri nümayiş etdirə biləcəyinizə əmin olun
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq

Vakansiya ilə maraqlanan namizədlərdən CV’ lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “PR üzrə mütəxəssis“ qeyd etmələri xahiş olunur

İşin aid olduğu sahə

KateqoriyaSığorta