11 C
Baku
Thursday, November 14, 2024

Problemli kreditlərin yığımı üzrə mütəxəssis (Şirvan) – Bank Respublika

0
Problemli kreditlərin yığımı üzrə mütəxəssis (Şirvan) – Bank Respublika
Şirvan
02.03.2022

Ümumi vəzifə öhdəlikləri:

  • Təhkim edildiyi filialların problemli kreditləri üzrə işi təşkil etmək;
  • Problemli müştərilərlə işləmək, ödənişlərin yığılması, öz öhdəliklərini yerinə yetirməyən müştərilərin əvəzindən ödəniş etmələri məqsədilə müştərinin zəmanətçiləri ilə görüşmək;
  • Borcu qaytarmayan müştərilərin mülkiyyətində olan əmlak barədə zəruri informasiya əldə etmək məqsədilə müvafiq dövlət orqanlarına sorğu göndərmək;
  • Tələb olunan formada borcların yığılması, cari borclu müştərilər barədə məlumat və borcların yığılmasının nəticələrinə dair problemli kreditlərin yığımına  rəhbərlik edən məsul şəxsə hesabatlar vermək;
  • Borcların yığılması və hüquqi problemlərin həll edilməsinin effektiv yollarinin tapılması və təmin edilməsi məqsədilə birbaşa rəhbərinə və problemli kreditlərin yığımına rəhbərlik edən şəxsə yardımçı olmaq, cari sistem, prosedur və siyasətlərlə bağlı təkmilləşdirmə barədə təkliflər vermək.

Namizədə qarşı tələblər:

  • Ali təhsil;
  • Borcların yığılması və problemli müştərilərlə işləmək sahəsində 3 il iş təcrübəsi;
  • Kreditləşmə, maliyyə və hüquq sahəsində təcrübəsi olanlara üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan və rus dili əla;
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Üzərinə məsuliyyət götürmək, müstəqil işləmək bacarığı və istəyi, habelə yüksək dürüstlük keyfiyyətləri.
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
  • Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 mart 2022-ci il tarixinədək elektron ünvanına göndərə bilər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Problemli kreditlərin yığımı üzrə mütəxəssis (Şirvan zonası) şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

E-mail: [email protected]

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, Kredit işçisi