Bakı
30.04.2024
Bokt “Caspian İnvest” MMC Baş ofis Problemli kreditlərlə mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır.
Əsas vəzifələr:
- Problemli Borcalanların kredit müqavilələrinin portfelə daxil olduğu gündən etibarən təqibinin həyata keçirilməsi;
- Əməkdaşa təhkim olunmuş portfel üzrə Problemli borcalanlar ilə görüşlərin keçirilməsi, mütəmadi zənglərin edilməsi;
- Problemli borcalanların maliyyə vəziyyətindən asılı olaraq kredit borclarını restrukturizasiyaya cəlb edilməsi;
- Problemli borcların qaytarılması istiqamətində müvafiq tədbirlərin görülməsi;
- Təhkim olunmuş portfelə gündəlik nəzarət etmək, aparılmış işlərə dair portfeldə qeydlər etmək;
- Problemli borcalan barəsində məhkəməyə müraciət edilməsi ilə bağlı kredit dosyesi üzrə müvafiq sənədləri hazırlayaraq Hüquq İdarəsinə təhvil verilməsi;
- Məhkəmə müddətində problemli borcalan barəsində aparılan prosesual addımların izlənməsi və portfeldə müvafiq qeydlərin aparılması;
- Problemli borcalanlarla birbaşa görüşlərin təşkili, girov və biznesin monitorinqin həyata keçirilməsi;
- Kreditin sağlamlaşdırılması üçün təkliflərin hazırlanması;
- Analoji işlərin təşkili üçün regionlara ezam olunması.
Tələblər:
- Ali təhsil
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Kollektivdə və gərgin iş qrafikində işləmək bacarığı olmalı;
- Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
- İşdə dəqiqlik, stressə davamlılıq və detallara fikirvermə qabiliyyəti;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilməli;
Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “Problemli kreditler” başlığı ilə [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.