“Merkuri” Bank Olmayan Kredit Təşkilatı promouter vakansiyası üzrə əməkdaşları müsabiqəyə dəvət edir.
İş barədə məlumat
Tələblər:
– Ali təhsil
– 18-29 yaş aralığı
– Əla səviyyədə azərbaycan dili (rus dili üstünlükdür)
– Komanda ilə işləməyi bacarmaq, işinə həvəsli və özünü təkmilləşdirməyə meyilli olmaq
– Ünsiyyət və inandırma bacarığının olması
– Analitik düşünmək, diqqətli olmaq, təşəbbüs göstərməkdən qorxmamaq
– Hədəf yönümlü olmaq
– Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq
– Satış sahəsi üzrə karyera qurmağı planlamaq
– Microsoft Office proqramlarını bilmək bacarığı
Vəzifə öhdəlikləri:
– Potensial müştərilərə Kredit məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması
– Video görüntü vasitəsilə daxil olmuş müraciətlərin qəbul edilməsi və aidiyyatı üzrə yönləndirilməsi
– Kredit məhsulları əldə etmək istəyən müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və yönləndirilməsi
– Müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərə çıxış imkanlarının dəyərləndirilməsi
– Satış prosesi ilə bağlı müvafiq nəzarət və hesabatların aparılması
– Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə
– Sabit əmək haqqı və əlavə bonuslar
– İş saatı: həftə içi 5 gün 09:00-18:00, şənbə günü: 10:00-14:00.
Hazır cv formalarınızı [email protected] email ünvanına göndərə bilərsiniz.