Proqram təminatı bölməsinin mütəxəssisi (backend proqramçı) – PASHA Life

    Bakı
    Posted 5 months ago

    Vakansiya haqqında məlumat:

    Struktur bölmə: İnformasiya texnologiyaları departamenti,Proqram təminatı bölməsi
    Vəzifə: Proqram təminatı bölməsinin mütəxəssisi (backend proqramçı)
    Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
    İş saatları (iş rejimi): 09:00 – 18:00
    Son müraciət tarixi: 30 mart 2021

    Vəzifə Öhdəlikləri:

    1. Daxil olmuş tapşırığın analizi və uyğun həll yolunun tapılmasında iştirak etmək.
    2. Məlumatların periodik yüklənməsi üçün JOB-ların yaradılması və işinə nəzarət etmək
    3. Yeni modulların yaradılması, modullarda dəyişiklik, TFS və GİT sistemi üzrə kodlarda dəyişikliklər tətbiq etmək
    4. Yeni Proyektlərin hazırlanmasında rəhbərinin verdiyi tapşırıqları yerinə yetirmək, alqoritmlərin hazırlanması , texniki sənədin analiz edilməsi
    5. Qrup halında aparılan texniki və proqramlaşdırma proseslərin izlənilməsi və yaranan problemlərin rəhbərə təqdim edilməsi
    6. Birbaşa rəhbərin göstərişi ilə digər aidiyyatı tapşırıqları yerinə yetirmək və Şirkətin struktur bölmələrinin sifarişlərini vaxtında və lazımi səviyyədə icra etmək;
    7. Lazımi analitik əməliyyatların aparılması və proaktiv olaraq və yeni ideaların verilməsi

    Namizədə olan tələblər:

    İş təcrübəsi: Proqramlaşdırma sahəsi üzrə ən azı 1 il iş təcrübəsi tələb olunur
    Təhsili/ixtisası: İnformasiya texnologiyaları və ya Riyaziyyat sahələrində bakalavr dərəcəsi
    Texniki bilikləri: C# , ASP .NET CORE MVC, ASP .NET CORE API, MSSQL(T-SQL)
    Dil bilikləri: Azərbaycan dili – əla, rus dili – orta, ingilis dili – orta
    Üstünlüklər: Microservis Arxitekturunda və digər proqramlaşdırma dillərində işləmə bacarığı üstünlükdür
    Kompüter bilikləri: MS Office – orta
    Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, dəyişikliklərə uyğunlaşma

    İmtiyazlar:

    Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

    Digər məlumatlar:

    Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
    Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

    Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

    *Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

    Job Features

    Job CategoryİT, Sığorta

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.