Proqram təminatının testi və keyfiyyətinə nəzarət üzrə aparıcı mütəxəssis – Modenis LLC eManat

    Bakı
    Posted 2 weeks ago

    Vəzifə adı: Proqram təminatının testi və keyfiyyətinə nəzarət üzrə aparıcı mütəxəssis

    Vəzifə öhdəlikləri:

    • Yeni və mövcud məhsullar üçün test proseslərini hazırlayıb tətbiq etmək;
    • Proqram tətbiqlərinin yoxlanması və keyfiyyətinin təmin edilməsi;
    • Proqram təminatlarının testləşdirilməsi, habelə hazırlanmış produkt və ya proses haqqında təkliflərin verilməsi;
    • Müxtəlif səviyyəli testləşdirmə səviyyələri (Funksional, Manual, Uİ, Servis testing və s.) üzrə pozitiv və neqativ testlərin aparılması və hazırlanmış produktun qəbul olunmuş minimum kriteriyalara cavab verib-verməməsinin yoxlanması;
    • Test strategiyaları, test planları və test ssenarilərinin hazırlanması və onların sənədləşdirilməsi;
    • Test nəticələri, habelə hazırlanmış produktlarda kütləvi baş verən xətalar barədə hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi;
    • Keyfiyyəti təmin edən göstəriciləri müşaiyyət etmək (defektlərin sıxlığı, açıq defektlərin sayı və s.) ;
    • Avtomatlaşdırılmış test skriptləri hazırlamaq və nəticələri nəzərdən keçirmək;
    • Windows, Web və Mobil API tətbiqlərinin (C#, JavaScript, PHP, SQL) avtomatlaşdırlmış testi;

    Namizədə qoyulan tələblər:

    • Ali təhsil;
    • Ən azı 2 il iş təcrübəsi;
    • Proqram təminatlarının test edilmə metodologiyaları üzrə biliklər;
    • Proqram təminatlarının test edilməsi üzrə təcrübə;
    • Məhsulların analizində analitik – alqoritmik düşünmə qabiliyyəti;
    • Texniki sənədləşmə üzrə təcrübə (test ssenariləri və keysləri, istifadə kitabçaları);
    • APİ Server-lərin test etmə bacarığı, JSON / XML formatları üzrə biliklər;
    • RDBMS sistemləri üzrə təcrübə, SQL dili üzrə biliklər (orta səviyyədə);
    • Agile mühitində test metodologiyaları ilə tanışlıq;
    • Keyfiyyətə nəzarət işlərində və Test İdarəetmə Proqramlarında (Test Menegment Software) biliklər;
    • Kompyuter elmləri və ya Proqramlaşdırma bilikləri;
    • Komanda şəklində işləmə bacarığı;
    • Xarici dil səviyyəsi: İngilis dili– Intermediate, Rus dili – B1. ;

    İş şəraiti:

    • Ofis daxili;
    • İş rejimi həftənin 5 günü (09:00 – 18:00),
    • Tibbi sığorta
    • Nahar təminatının qarşılanması.
    • Əmək haqqının 15 gündən bir ödənilməsi;
    • Əmək haqqı: namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaqdır

    Maraqlananlardan xahiş olunur öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “Proqram təminatının testi və keyfiyyətinə nəzarət üzrə aparıcı mütəxəssis” yazılmalıdır.

    Job Features

    Job CategoryİT

    Apply Online


    Kredit müraciəti

    Sizin müraciətiniz banka göndərildi.