Vəzifə adı: Proqram təminatının testi və keyfiyyətinə nəzarət üzrə aparıcı mütəxəssis
Vəzifə öhdəlikləri:
• Yeni və mövcud məhsullar üçün test proseslərini hazırlayıb tətbiq etmək;
• Proqram tətbiqlərinin yoxlanması və keyfiyyətinin təmin edilməsi;
• Proqram təminatlarının testləşdirilməsi, habelə hazırlanmış produkt və ya proses haqqında təkliflərin verilməsi;
• Müxtəlif səviyyəli testləşdirmə səviyyələri (Funksional, Manual, Uİ, Servis testing və s.) üzrə pozitiv və neqativ testlərin aparılması və hazırlanmış produktun qəbul olunmuş minimum kriteriyalara cavab verib-verməməsinin yoxlanması;
• Test strategiyaları, test planları və test ssenarilərinin hazırlanması və onların sənədləşdirilməsi;
• Test nəticələri, habelə hazırlanmış produktlarda kütləvi baş verən xətalar barədə hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi;
• Keyfiyyəti təmin edən göstəriciləri müşaiyyət etmək (defektlərin sıxlığı, açıq defektlərin sayı və s.) ;
• Avtomatlaşdırılmış test skriptləri hazırlamaq və nəticələri nəzərdən keçirmək;
• Windows, Web və Mobil API tətbiqlərinin (C#, JavaScript, PHP, SQL) avtomatlaşdırlmış testi;
Namizədə qoyulan tələblər:
• Ali təhsil;
• Ən azı 2 il iş təcrübəsi;
• Proqram təminatlarının test edilmə metodologiyaları üzrə biliklər;
• Proqram təminatlarının test edilməsi üzrə təcrübə;
• Məhsulların analizində analitik – alqoritmik düşünmə qabiliyyəti;
• Texniki sənədləşmə üzrə təcrübə (test ssenariləri və keysləri, istifadə kitabçaları);
• APİ Server-lərin test etmə bacarığı, JSON / XML formatları üzrə biliklər;
• RDBMS sistemləri üzrə təcrübə, SQL dili üzrə biliklər (orta səviyyədə);
• Agile mühitində test metodologiyaları ilə tanışlıq;
• Keyfiyyətə nəzarət işlərində və Test İdarəetmə Proqramlarında (Test Menegment Software) biliklər;
• Kompyuter elmləri və ya Proqramlaşdırma bilikləri;
• Komanda şəklində işləmə bacarığı;
• Xarici dil səviyyəsi: İngilis dili– Intermediate, Rus dili – B1. ;
İş şəraiti:
• Ofis daxili;
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00),
• Tibbi sığorta
• Nahar təminatının qarşılanması.
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Əmək haqqı: namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaqdır
Maraqlananlardan xahiş olunur öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq. Göndərilən CV-lərdə mövzu adı yerində “Proqram təminatının testi və keyfiyyətinə nəzarət üzrə aparıcı mütəxəssis” yazılmalıdır.
İşin aid olduğu sahə
Kateqoriya | İT |